Tag: Münaqişə

  • 12 günlük İsrail-İran müharibəsi bitdi: “İsrailə əsla etibar etmirik”

    12 günlük İsrail-İran müharibəsi bitdi: “İsrailə əsla etibar etmirik”

    İsrail-İran müharibəsində əldə olunan atəşkəs qərarı Yaxın Şərqdə gərginliyi nisbətən azaltsa da, bölgədəki inkişaflar yaxından izlənilir. Hər iki ölkənin ordusu yeni bir hücum dalğasına qarşı yüksək hazırlıq vəziyyətində dayanır.

    Müharibə necə başladı?

    İranda son vəziyyətə keçməzdən əvvəl, gəlin müharibə boyu nələrin yaşandığına nəzər salaq və yaddaşlarımızı təzələyək.

    Tarixə düşən günlər

    2025-ci il iyunun 13-ü, cümə gününü göstərən təqvimlər bu günün tarixə düşəcəyini heç kimə bəlli etmirdi. Ta ki gecə yarısı şiddətli partlayış səsləri eşidilənə qədər…

    Qarşılıqlı açıqlamalar, atışmalar və hədələr illərdir davam edərkən, bu dəfə İsrail qorxulanı etdi. Qəzzada onsuz da kifayət qədər qan tökmüş İsrailin Baş naziri Binyamin Netanyahu İranı vurmaq əmrini rəsmən verdi. İranın əbədi düşməni İsrail, İranın nüvə proqramını hədəf aldığını söyləyərək hava hücumlarına başlamışdı.

    Vur əmri verildi, Yaxın Şərq cəhənnəmə döndü

    Ölkəsində günlərdir davam edən etirazlara məhəl qoymayan Netanyahu, İranın nüvə potensialını aradan qaldırmağı özünə hədəf seçdikdə Yaxın Şərq sözün əsl mənasında cəhənnəmə döndü. İranı “Vur” əmri verən Bibi, İran ərazilərini hədəf alan hava hücumlarını təsdiqləyərək, 12 gün davam edəcək müharibənin də fitilini alışdırdı.

    Hücumlara hazırlıqsız yaxalanan İran, ilk saatlarda çoxlu itkilər verməyə başladı. İsrail ordusunun hədəfində olan yüksək rütbəli İran liderləri və nüvə alimləri öldürüldü.

    Kritik nöqtələrdən sonra nüvə və müdafiə obyektlərinin də bombalanması ilə İranın hava hücumundan müdafiə sistemləri qısa müddətdə sıradan çıxdı.

    Gözləmədiyi anda vurulan İran, İsraildəki hərbi hədəflərə və mülki yaşayış məntəqələrinə raket yağdırmağa başladı.

    ABŞ-ın iştirakı olmadan müharibə olmazdı!

    İsrailin müttəfiqi və Netanyahunun yaxın dostu ABŞ prezidenti Donald Trampın əmri ilə Birləşmiş Ştatlar iyunun 22-də müharibəyə rəsmən qoşuldu. ABŞ ordusu, Fordov, Natanz və İsfahandakı nüvə obyektlərini vurduğunu açıqladı.

    Müharibəyə qanlı əlini bulaşdıran Prezident Tramp, çox keçmədən iyunun 24-də İran və İsrail arasında atəşkəsin təmin olunduğunu elan etdi.

    İsrail-İran müharibəsində itkilər

    İranın İsrailə qarşı həyata keçirdiyi cavab hücumlarında 29 nəfər həlak oldu, sığınacaqlara qaçarkən yıxılanlar və hücumlardan psixoloji təsir görənlər də daxil olmaqla, ümumilikdə 3 min 491 nəfər yaralandı.

    İsrailin hücumlarında İran Səhiyyə Nazirliyinin məlumatına görə 627 nəfər həyatını itirdi, ən azı 4 min 870 nəfər isə yaralandı.

    İranlı nüvə alimləri də İsrail hücumlarının hədəfi oldu. İsrail ordusu ən azı 15 iranlı nüvə aliminin öldürüldüyünü iddia etsə də, İran tərəfi 11-nin ölümünü təsdiqlədi.

    İranda casus ovu və WhatsApp xəbərdarlığı

    İsrail hücumlarının başlaması ilə birlikdə, daha əvvəl ölkədə casusluq ittihamı ilə mühakimə olunaraq cəzalandırılan ən azı 5 nəfər edam edildi.

    İran dövlət televiziyası çərşənbə axşamı günü verdiyi açıqlamada vətəndaşlara cib telefonlarındakı WhatsApp mesajlaşma tətbiqini dərhal silmələri çağırışını etdi.

    Bütün bu yaşananlardan sonra atəşkəs qərarı sevinclə qarşılandı. Müharibə qorxusu ilə evlərini tərk edən vətəndaşlar günlər sonra evlərinə dönməyin sevincini yaşayır.

    Evlərinə həsrətlə döndülər

    Müharibə xəbərini alan kimi Tehranda yaşayan dostum Araşa çatmağa çalışdım, lakin təəssüf ki bu mümkün olmadı. Mesajlarıma 3 gün sonra cavab ala bildim.

    Hücumlardan sonra paytaxtdan təxminən 200 km uzaqlıqdakı kəndlərinə gedən Araş və ailəsi, evlərinə, sevdiklərinə və sərbəst gəzməyi özlədikləri şəhərlərinə qovuşmağın haqlı sevincini yaşayır.

    Tehrandakı son vəziyyət

    Özünün və ailəsinin təhlükəsiz olduğuna əmin olduqdan sonra, müharibəatəşkəslə bağlı maraqlandığım sualları Araşa verdim.

    Tehranda doğulub boya-başa çatan və torpaqlarına aşiq olan Araş, “qapalı qutu” İranın paytaxtındakı son vəziyyəti danışdı…

    “Heç kim gözləmirdi”

    * Müharibənin başladığı ilk gecə nələr yaşandı? Hücumu necə öyrəndiniz? Tehranda ilk gecə nələr oldu?

    Gecə yatarkən atam təlaşla hamımızı oyatdı. Mən və ailəm hamı yatmışdı. Atamın əsgər yoldaşı “Qalxın, Tehrandan gedin, müharibə başladı” demişdi. Biz yanımıza çox az əşya alaraq atamın kəndinə getdik. İlk gecə bizim burada heç nə yox idi. Yalnız hərbi yerləri vurduqlarını deyirdilər.

    * İsrailin hücumu əvvəli televiziya kanallarından daha əvvəl bir xəbərdarlıq edildimi?

    Xeyr, heç kim açıqlama vermədi. Məncə, heç kim gözləmirdi. Hamı böyük şok yaşadı.

    “İsrailə güvənmirik”

    * Hücumların davam etdiyi günlərdə marketlər açıqmıydı? Yeyəcək problemləri yaşandımı?

    Biz kənddə olduğumuz üçün daha asan idi. Tehranda qalan dostlarım ilk bir neçə gün bəzi marketlərin bağlı və ya müəyyən saatlarda açıq olduğunu söylədilər. Xüsusilə yağ tapmaq bir az çətin olmuşdu.

    * İranda insanların gizlənə bilmələri üçün sığınacaqlar varmı? Hücum zamanı özünüzü necə qorumağa çalışırsınız?

    Xeyr, bizdə İsraildə olduğu kimi sığınacaqlar heç yoxdur.

    * Atəşkəs prosesinə İranlılar həqiqətən inanırmı?

    Əsla inanmırıq. Biz İsrailə güvənmirik. Onlar yenə hər an vura bilər.

    * Atəşkəs sonrası ölkə daxilində son vəziyyət necədir? Hazırda normal həyat axışı davam edirmi?

    Hazırda heç bir problem yoxdur, hər şey normaldır. Hər kəs işə gedib-gəlir.

    24 saat

  • Trampın İsrailə “bombaları atmayın” xəbərdarlığı

    Trampın İsrailə “bombaları atmayın” xəbərdarlığı

    ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında cərəyan edən vəziyyətdən dərin narazılığını ifadə edərək, hər iki ölkənin “nə etdiklərini bilmədiklərini” bəyan edib. Bu açıqlamalar, bazar ertəsi gecəsi qüvvəyə minən atəşkəsə baxmayaraq, tərəflərin qarşılıqlı raket atəşlərini davam etdirdiyi bir vaxta təsadüf edib.

    ABŞ prezidenti Donald Trampın Reaksiyası

    ABŞ prezidenti Donald Tramp bu şərhləri çərşənbə axşamı səhər NATO sammitinə yola düşmək üçün Ağ Evdən çıxarkən səsləndirib. O, İsrailə qarşı narazılığını açıq şəkildə ifadə edərək deyib: “İsraildən razı deyiləm. Mən deyirəm ki, 12 saatınız var, siz isə ilk saatda çıxıb əlinizdə olan hər şeyi onların üstünə atmırsınız. Ona görə də onlardan razı deyiləm. İrandan da razı deyiləm, lakin İsrailin bu səhər belə hərəkət etməsi məni həqiqətən narahat edir.” ABŞ lideri əlavə edib ki, “əslində, o qədər uzun müddət və o qədər sərt mübarizə aparan iki ölkə var ki, onlar nə etdiklərini bilmirlər.”

    Trampın Sosial Media Bəyanatları

    Marine One təyyarəsinə mindikdən qısa müddət sonra ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında kəskin bir xəbərdarlıq yayıb: “İSRAİL. O BOMBALARI ATMAYIN. Əgər atsanız, bu, böyük pozuntu olacaq. Pilotlarınızı İNDİ evə qaytarın!” Bir neçə dəqiqə sonra o, İsrailin çərşənbə axşamı səhər üçün planlaşdırdığı hücumları ləğv etdiyini elan edib: “İSRAİL İrana hücum etməyəcək. Bütün təyyarələr geri dönəcək və evə yola düşəcək, eyni zamanda İrana dostcasına ‘Təyyarə Dalğası’ edəcək. Heç kimə zərər dəyməyəcək, atəşkəs qüvvədədir! Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!” Daha sonra o, “İRAN HEÇ VAXT NÜVƏ OBBYEKTİRİNİ YENİDƏN QURMAYACAQ!” yazaraq mövzuya son nöqtəni qoyub.

    Regional Vəziyyət və Yeni İddialar

    ABŞ prezidenti Donald Tramp bazar ertəsi gecəsi İsrail-İran gərginliyi arasında atəşkəs elan edərək, münaqişəni “12 günlük müharibə” adlandırmışdı. Qatarın baş naziri, İranın Amerikanın Qatardakı Əl-Udeid Hava Bazasında məhdud zərbələrindən sonra ABŞ-ın təklif etdiyi atəşkəs razılaşmasını təmin etmişdi.

    Çərşənbə axşamı yüksək səviyyəli bir İsrail rəsmisi bildirib ki, atəşkəs elanından sonra İran İsrailə doğru iki raket atıb və yaxın bir neçə saat ərzində daha çox raket atmağa cəhd etdiyinə inanılır. Bu raketlərin bəzilərinin ballistik raket olduğu qeyd edilib. Rəsmi əlavə edib: “İndi cavab verməli olacağıq, əlbəttə ki, bu baş verəcək. Bir neçə saata bitə bilər, lakin onlar [İranlılar] qərar verməlidirlər.” İsrail hələlik özünün planlaşdırdığı cavab hücumunu ləğv etdiyini təsdiqləməyib.

    24 saat