Tag: #MustafaSandal

  • Sözləri tənqid olunan Mustafa Sandal üzr istədi

    Sözləri tənqid olunan Mustafa Sandal üzr istədi

    Mustafa Sandal sentyabrın 5-də 94-cü İzmir Beynəlxalq sərgisində səhnəyə çıxıb.

    Həmin günkü konsert zamanı Sandal, səhnədəki ekranda davamlı olaraq özünü göstərən rejissor heyətinə səslənərək: “Oğlum, bir az diqqətli ol. Geri zəkalısan? Davamlı məni göstərirsən,” — deyib.

    Bu anlar qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.

    Bütün Tədbir Texnologiyaları Sektoru Dərnəyi baş verən hadisə ilə bağlı bəyanat yayıb:

    Mustafa Sandalın vəzifəsini layiqincə yerinə yetirən əməkçisinə təhqir etməsini kədər və təəccüblə qarşıladıq. Sənətçini izləməklə vəzifəli olan işıqçını “Tamaşaçıya çevir” şəklində yönləndirməyə çalışmaq, bu əməyi heçə saymaqla yanaşı, əsas texniki bilikdən belə uzaq olduğunu göstərir. Səhnə heyətinə təhqir edilməsi qətiyyən qəbul edilə bilməz. Bu yanaşma böyük hörmətsizlikdir.”

    “BATUHAN QARDAŞIMIN QƏLBİNİ QIRDIM”

    Ötən axşam Bursada konsert verən Mustafa Sandal tənqid olunan sözləri ilə bağlı bunları bildirib:

    İzmirdə baş verən hadisəyə toxunmaq istəyirəm. Üç mindən çox konsert vermişəm, orkestrimə, heyətimə, texniki komandama olan qardaşlıq münasibətimi hamı yaxşı bilir. Biz də insanıq… Bəzən nəsə canımızı sıxa bilir, əhvalımız korlana bilir.”

    “İlk dəfə İzmirdə gənc texniki heyətdən olan dostum Batuhana rast gəldi. Mən yaraşmayan bir söz dedim və onun könlünü, qəlbini qırdım. O, bizim işığımızı ucaltmaq üçün oradadır, motivasiyası qırıldığı üçün kədərləndim. Mən hamınızın hüzurunda Batuhan qardaşımdan üzr istəyirəm.”

    24 saat

  • Məşhur müğənniyə dincələrkən pis xəbər

    Məşhur müğənniyə dincələrkən pis xəbər

    Müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurupla birlikdə tətil etmək üçün Bodruma yollanıb. Cənnət buxtasındakı çimərliklərdən birində günəş vannası qəbul edərkən sənətçi gözlənilməz və xoşagəlməz bir xəbər alıb.

    MƏNZİLİN KİRAYƏSİ VƏ YARANAN GƏRGİNLİK

    Sənətçinin İstanbulun Etilər rayonunda aylıq 65 min Türk lirəsinə yaşadığı mənzilin kirayəsi iki dəfədən çox artırılıb. Mənzilin sahibi İrəm Arqud aylıq 170 min lirə tələb edib. Bu tələblə razılaşmayan müğənni məsələyə etiraz edərək hüquqi yollara əl atıb və beləliklə kirayə mübahisəsi yaranıb.

    MƏHKƏMƏNİN SON QƏRARI

    İstanbul Sülh Hüquq Məhkəməsinin tələbi ilə, kirayə haqqının müəyyənləşdirilməsi məqsədilə mənzildə mütəxəssis ekspertlər tərəfindən araşdırma aparılıb. Ekspert rəyində mənzilin aylıq kirayəsinin 150 min lirə olması gərəkliyi qeyd edilib. Məhkəmə ekspert rəyində göstərilən məbləğə 10 faiz “ədalətli endirim” tətbiq edərək, kirayə haqqının aylıq 135 min lirə olaraq müəyyənləşdirilməsinə qərar verib. Bu qərarla İstanbulda tanınmış sənətçinin üzləşdiyi kirayə mübahisəsi həllini tapıb.

    24 saat