Tag: #Okafor

  • Kərəm üçün transferə yaşıl işıq yandırıldı, “Benfika”nın bir şərti var

    Kərəm üçün transferə yaşıl işıq yandırıldı, “Benfika”nın bir şərti var

    Fənərbaxça Kerem Aktürkoğlu transferi üçün son addımda

    Fənərbaxça, Kerem Aktürkoğlu transferi üçün Portuqaliyanın Benfica klubu ilə apardığı danışıqlarda yekun mərhələyə çatıb.

    Məlumata görə, Türkiyə milli komandasının oyunçusu ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə olunsa da, Portuqaliya klubu hələ də bu transferə razılıq verməyə tərəddüd edir.

    Benfikanın şərti

    Portuqaliya mətbuatının məlumatına əsasən, Benfica Kerem Aktürkoğlunun satışına müsbət baxsa da, bunun üçün bir şərt irəli sürüb.

    Benfikanın prezidenti Rui Koşta, Fənərbaxçanın Niderlandın Feyenoord komandasına məğlub olması halında Kerem Aktürkoğlunun transferinə razılıq verəcək. Bildirilir ki, qarşıdakı cavab oyununda Fənərbaxça turu keçə bilməsə, Benfica rəhbərliyi transferin baş tutması üçün inadından əl çəkəcək.

    Bununla belə, Fənərbaxça Kerem Aktürkoğlunu qısa müddət ərzində heyətinə qatmağı planlaşdırır. Belə ki, İstanbul təmsilçisi turu keçsə belə, Türkiyə milli komandasının ulduzunu heyətinə qataraq pley-off mərhələsində meydana buraxmaq istəyir.

    Alternativ variant – Okafor

    Digər tərəfdən, iddialara görə, Kerem Aktürkoğlu transferində problem yaranacağı təqdirdə Fənərbaxça, Noah Okafor üçün yenidən hərəkətə keçəcək. İstanbul klubu, ehtimal olunan bütün ssenariləri nəzərə alaraq Noah Okafor üçün İtaliyanın Milan klubu ilə əlaqə saxlayıb.

    24 saat