Tag: #OlivierCustodio

  • Peter Zeidler sürpriz nəticə üçün çalışacaq

    Peter Zeidler sürpriz nəticə üçün çalışacaq

    Lozanna baş məşqçisindən Beşiktaş etirafı: “Bu stadion Bundesliqa səviyyəsindədir”

    UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab görüşündə sabah İstanbulda Beşiktaş ilə qarşılaşacaq İsveçrənin Lozanna komandasının baş məşqçisi Peter Zeydler, Tüpraş Stadionunda keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

    Zeydler, stadionun möhtəşəmliyi qarşısında heyranlığını gizlədə bilməyərək, “Bu stadionu görəndə çox təsirləndik. Bundesliqa stadionlarından heç bir fərqi yoxdur. Beşiktaş-ın gücü bizimlə müqayisədə qat-qat çoxdur. Biz də yaxşı və nizamlı bir klubuq. Qarşıdakı oyun çətin olacaq. Sürpriz etmək üçün əlimizdən gələni edəcəyik və təəccüblü bir nəticə əldə etməyə çalışacağıq” deyib.

    Beşiktaş azarkeşlərinin yaradacağı ab-havanın onları daha da ruhlandıracağını vurğulayan Zeydler, “Burada daha çox azarkeş olacaq. İlk oyunda 12 min tamaşaçı qarşısında oynamışdıq, burada bu rəqəm 3 qatından çox olacaq. Tariximizdə ikinci dəfə stadionumuz tam dolacaq. Dəli ab-havası olan bu məkanda uğur qazanmağa gəlmişik. Bu da bizi daha çox motivasiya edir. Sistemimizin dəyişib-dəyişməyəcəyini hələ mən də bilmirəm. Rəqibimiz çox yaxşı və güclü olsa da, ilk oyun göstərdi ki, Beşiktaş-a qarşı şansımız var. Biz də bu şansı dəyərləndirməyə çalışacağıq” ifadələrini işlədib.

    Olivye Kustodio: “Oyun yenə 0-0 başlayacaq”

    Mətbuat konfransında iştirak edən Olivye Kustodio isə ilk oyundakı 1-1 hesablı bərabərliyin onlara heç bir üstünlük vermədiyini qeyd edib.

    Kustodio öz fikirlərini belə ifadə edib:

    “İlk oyundakı nəticəni bir üstünlük kimi görmürəm. İlk oyun 0-0 başlamışdı və bərabərə qalaraq bu tarazlığı poza bilmədik. Sabahkı oyun da yenə 0-0 başlayacaq, şərtlər bərabərdir. Stadionda elektrikli bir ab-havanın olacağı gözlənilir. Avropada belə atmosferlərə alışmışıq. Çox həyəcanlıyıq. Biz də karyeramızda bu cür oyunları səbirsizliklə gözləyirik.”

    24 saat

  • Peter Zeidler Beşiktaşla oyundan qürur duyur

    Peter Zeidler Beşiktaşla oyundan qürur duyur

    Lozanna Beşiktaş qarşılaşmasına hazırdır

    UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk matçında İsveçrənin Lozanna komandası sabah Türkiyənin Beşiktaş klubunu qəbul edəcək. Lozannanın baş məşqçisi Peter Zeidler matçın keçiriləcəyi La Tuiliere stadionunda mətbuat konfransı keçirib.

    Beşiktaş ilə qarşılaşacaqları oyuna toxunan Zeidler, “Bu həftə sonu matçımız yoxdur. Beşiktaşın da matçı yoxdur. Bundan xəbərdarıq. Çox yaxşı hazırlaşmışıq. Astana ilə oynadıq. Sabah daha böyük bir komandaya qarşı oynayacağıq” deyib.

    Peter Zeidler: “Beşiktaşa hörmətlə yanaşırıq”

    Təcrübəli baş məşqçi Beşiktaşın böyük bir komanda olduğunu vurğulayaraq, “Onlara qarşı hörmətlə yanaşıram. Əlbəttə ki, hazırlıqlarımızı görmüşük. İndi heyətdə böyük oyunçular var. Almaniyada baş məşqçi işlədiyim zaman Beşiktaşda Mario Gomez, Andreas Beck, Demba Ba kimi oyunçular çıxış edirdi. Beşiktaş yaxşı komandadır, amma sabahkı matçdan qorxmuruq” şəklində fikirlərini ifadə edib.

    Matçın əhəmiyyətini qeyd edən Zeidler, “Bu, karyeramın ən böyük matçı deyil. Hər şeyə hazırlaşırıq. Beşiktaşın böyük azarkeş ordusu var. Oyunçularım bu matçı özləri istəyirdi. Beşiktaş favoritdir, amma ümidimizi itirmirik” deyə bildirib.

    Peter Zeidler, “Beşiktaşa qarşı oynamaq mənim üçün qürurvericidir. Böyük bir Bayern Münhen azarkeşiyəm. Ole Gunnar Solskjaer-in oyunçuluq dövründə Bayern-ə vurduğu qolu unutmuram” sözləri ilə fikrini tamamlayıb.

    Olivier Custodio: “Biz öz oyunumuzu oynayacağıq”

    Qarşılaşmanın onlar üçün əhəmiyyətinə toxunan komanda kapitanı Custodio isə, “Çox əhəmiyyətli bir matçdır. Yalnız bu matç üçün Lozannaya qayıtmamışam. Çox matçımız var və hamısı da çox önəmlidir. Saha yox, ab-hava çox vacibdir. Bəzi komandalar bizim stadionumuzda oynamağı sevmir. Bütün diqqətimiz sabahkı oyuna yönəlib, amma cavab matçını da düşünürük” deyib.

    Olivier Custodio, “Bir az təcrübə itirmişik, amma bütün oyunçular bu matça hazırdır. Hər bir oyunçu öz xarakterini ortaya qoymalıdır. Mənim karyeramdakı ən böyük matç Beşiktaş qarşılaşması olacaq. Beşiktaşda çox yaxşı oyunçular var. Xüsusi bir hazırlıq görməmişik, biz öz oyunumuzu oynayacağıq” şəklində əlavə edib.

    24 saat