Tag: #OnlaynNikah

  • Abu Dabidən qlobal yenilik: Hər kəsə virtual nikah

    Abu Dabidən qlobal yenilik: Hər kəsə virtual nikah

    DÜNYAYA AÇIQ SANAL EVLİLİK XİDMƏTİ

    Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi əmirliyi, bütün dünya sakinləri üçün nəzərdə tutulmuş xüsusi bir sanal nikah xidməti istifadəyə verib. Layihə rəhbəri Məhəmməd Əl Əsgər bildirib ki, vətəndaşlığından asılı olmayaraq, istənilən ölkədən olan cütlüklər Abu Dabi hökumətinin onlayn platformasından istifadə edərək əmirliyə gəlmədən evlənə biləcəklər. Əl Əsgərin sözlərinə görə, bu yeni evlilik funksiyası, əmirlik sakinlərinin dövlət xidmətlərinə rəqəmsal yolla daxil olmasını təmin edən “TAMM” tətbiqinin ən son versiyasına əlavə edilib.

    UZAQDAN NİKAH MƏRASİMİ

    “TAMM” tətbiqinin rəhbəri Dubayda keçirilən “Gitex” texnologiya sərgisi zamanı verdiyi müsahibədə deyib: “Bizim sanal nikah layihəmiz hər kəsə açıqdır. Vətəndaşlığından asılı olmayaraq, Birləşmiş Ərəb Əmirliklərində evlənmək istəyən hər kəs bu xidmətdən onlayn istifadə edə bilər.” O əlavə edib ki, cütlüklər fiziki olaraq heç bir yerə getmədən, internet üzərindən Abu Dabi idarəçiliyi tərəfindən sanal olaraq evləndiriləcəklər. Bu sahədə ilk təşəbbüskarlardan biri olduqlarını da vurğulayıb.

    ONLAYN QEYDİYYAT VƏ MƏRASİM TƏFƏRRÜATLARI

    Abu Dabi əmirliyinin tətbiqi vasitəsilə sanal nikah bağlamaq istəyən cütlüklər əvvəlcə 218 ABŞ dolları ödəyərək müvafiq formanı dolduracaqlar. Daha sonra bütün zəruri rəsmi sənədlər onlayn şəkildə təqdim ediləcək. Bu mərhələlərdən sonra nikahı rəsmiləşdirəcək şəxs təyin olunacaq. Bütün bu hazırlıqlar tamamlandıqdan sonra Abu Dabi əmirliyi tərəfindən 24 saat ərzində sanal mərasim təşkil ediləcək və cütlüklər onlayn olaraq evləndiriləcək. Qeyd edək ki, Ukrayna 2024-cü ildə müharibə səbəbiylə ayrılan cütlüklər üçün hökumət tətbiqi vasitəsilə nikah bağlama imkanı yaratmışdı.

    24 saat