Əvvəllər İspaniyada yayımlanan üç serialda rol canlandıran Gözdə Kansu, populyar “Yalı Çapkını” layihəsi ilə birlikdə bu ölkədə göstərilən dördüncü əsəri ilə beynəlxalq uğurunu daha da möhkəmləndirdi.
Gülqün Kimi Olamazdım
Müsahibədə Gülqün personajına dair səmimi açıqlamalar verən Gözdə Kansu bildirdi: “Açığı, mən Gülqün kimi ola bilməzdim. Ərim məni baldızı ilə aldadacaq olsa, bir saniyə də o evdə qalmaram.” Bununla da aktrisa özü ilə canlandırdığı obraz arasındakı fərqi vurğuladı.
Kansu, Gülqünün qorxularla yaşayan bir qadın olduğunu söyləyərkən özünü “cəsur” adlandırdı. Lakin ikili arasındakı bənzərliyi də “Ortaq cəhətimiz; hər zaman gülər üzümüzü qorumağa çalışırıq” sözləri ilə ifadə etdi.
Həmişə Eyni Tipli Personajları Canlandırmağı Sevmirəm
Uğurlu aktrisa, rolları seçərkən fərqlilik axtardığını qeyd etdi. “Həmişə eyni tipli personajları canlandırmağı sevmirəm” deyən Gözdə Kansu, daxili ziddiyyətləri güclü olan, bir-birindən tamamilə fərqli rolların özünü zənginləşdirdiyini dilə gətirdi. Bu seçimi sayəsində aktrisa aktyorluğunu daim inkişaf etdirdiyini də vurğuladı.
Eyni zamanda sosial şəbəkələr vasitəsilə ən çox mesaj aldığı ölkənin İspaniya olduğunu qeyd edən Kansu, “Yalı Çapkını” serialının xaricdə də böyük maraq gördüyünü bildirdi. Bu maraqdan məmnun olduğunu ifadə edən aktrisa, gələcəkdə beynəlxalq layihələrdə iştiraka açıq olduğunu da sözlərinə əlavə etdi.