Tag: #OzanGüvən

  • Ozan Güven: Bəziləri həbs istəyir

    Ozan Güven: Bəziləri həbs istəyir

    Aktyor Ozan Güven haqqında qərar

    Aktyor Ozan Güven keçmiş sevgilisi Deniz Bulutsuza şiddət tətbiq etdiyi iddiası ilə 2 il 3 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.

    İctimai reaksiyalar və aktyorun ayrılığı

    Aktyora qarşı ictimaiyyətdəki reaksiyalar avqust ayında sənət və media sektorunda baş verən təcavüz etirafları ilə birlikdə yenidən güclənmişdi. Bu gərginlik fonunda Güven heyətində olduğu “7 Ərli Hürmüz” müzikalından layihəyə zərər verməmək məqsədilə ayrıldığını bəyan etmişdi.

    Həmkarlardan dəstək və Günay Karacaoğlunun açıqlaması

    Lakin bəzi həmkarları ona dəstək vermişdi. Bu şəxslərin başında aktrisa Günay Karacaoğlu gəlirdi. Karacaoğlu dəstəyini bu sözlərlə ifadə etmişdi: “Mən Günay Karacaoğluyam. Qadınam. Ozanla 35 ildir yan-yanayıq; gah səhnələrdə, gah süfrələrdə, indi də yanındayam. Yenidən birlikdə səhnəyə çıxana qədər evdə ac oturma, gəl, təzə lobya var”.

    Ozan Güvendən yeni açıqlama

    İndi isə aktyorun “Instagram” hesabından etdiyi bir açıqlama diqqət çəkib. Güven yazısında: “Ədalətə olan inancımı itirmədən gözləmək, dayanmaq, susmaq. Səbir, sən nə gözəl hədiyyə imişsən. Bəziləri kimlərinsə həbs olunmasını istəyir. Bəziləri də həbsdə olan sevdiklərinin buraxılmasını. Ümid edirəm ki, qazandıqlarınız itirdiklərinizə dəyər”, – deyə bildirib.

    24 saat