) istifadə etməmək tövsiyə olunur. #ÖzgürlükFilosu - admin

Tag: #ÖzgürlükFilosu

  • Son Dəqiqə: İsrail saxlanılan Hanzala gəmisi fəallarının vəkillərlə görüşünü əngəllədi

    Son Dəqiqə: İsrail saxlanılan Hanzala gəmisi fəallarının vəkillərlə görüşünü əngəllədi

    İsrailli hüquq müdafiə təşkilatı “Adalah” tərəfindən yayılan məlumatda qeyd olunub ki, İsrail hakimiyyəti, Qəzza blokadasını yarmaq məqsədi daşıyan yardım gəmisinin aktivistləri ilə görüşmək tələblərini dəfələrlə rədd edib.

    İsrail rəsmiləri Hanzala gəmisinin qeyri-qanuni şəkildə saxlanılmasından sonra dənizdə 12 saat keçirərək Aşdod Limanına çatdığını təsdiqləyib. Adalah təşkilatının vəkillərinə, dəfələrlə edilən müraciətlərə baxmayaraq, saxlanılan aktivistlərlə görüşmə icazəsi verilmədiyi vurğulanıb.

    Adalah, Hanzala gəmisindəki aktivistlərin İsrailin Qəzza blokadasını sülh yolu ilə qırmaq məqsədi daşıyan mülki bir missiyanın tərkib hissəsi olduğunu bir daha bildirərək, gəminin beynəlxalq sularda dayandırılmasını və aktivistlərin həbs edilməsini beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

    Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition-FFC) aktivistlərin Aşdod Limanına çatdığını əvvəlcədən bəyan etmişdi.

    Beynəlxalq Sularda Müdaxilə

    Azadlıq Donanması Koalisiyasının “Whatsapp” kanalı üzərindən yaydığı açıqlamada Hanzala gəmisinə beynəlxalq sularda müdaxilə edildiyi və İsrail əsgərlərinin təhlükəsizlik kameralarını endirdiyi bildirilmişdi.

    Gəminin izlənilməsi üçün başladılan “YouTube” canlı yayımında, İsrail əsgərlərinin gəminin göyərtəsinə çıxdığı və sərnişinlərin əllərini yuxarı qaldırdığı müşahidə olunub.

    İsrail Xarici İşlər Nazirliyi beynəlxalq sularda ələ keçirilən gəminin, saxlanılan aktivistlərlə birlikdə ölkə sahillərinə doğru çəkildiyini açıqlamışdı.

    Humanitar Missiya: Hanzala Gəmisinin Taleyi

    Hanzala gəmisi İtaliyanın Sirakuza Limanından 13 iyul tarixində yola düşmüş, lakin bəzi texniki ehtiyacların aradan qaldırılması üçün 15 iyuldan 20 iyula qədər Qallipoli Limanında son hazırlıqlarını tamamlamışdı.

    İsrailin tətbiq etdiyi Qəzza blokadası səbəbindən acından ölümlərin yaşanmağa başladığı Qəzzaya yardım aparmaq məqsədilə 20 iyulda yola çıxan gəmidə 10 fərqli ölkədən 21 aktivist yer alırdı.

    24 saat

  • İsrailin Qəzzaya yardım aparan “Hanzala” gəmisinə müdaxiləsi

    İsrailin Qəzzaya yardım aparan “Hanzala” gəmisinə müdaxiləsi

    Azadlıq Donanması Koalisiyasının Teleqram kanalından gəmiyə ediləcək ehtimal olunan müdaxilə ilə bağlı açıqlama yayıldı. Açıqlamada bir gəmi və dronun Hanzalaya yaxınlaşdığı bildirilib, “Müdaxilənin baş verməsi ehtimal olunur” ifadəsi işlədilib. Koalisiyanın Hanzala gəmisinin izlənməsi üçün başlatdığı YouTube canlı yayımında da gəmidə olanların yaxınlaşan İsrail müdaxiləsinə qarşı tədbirlər görməyə başladığı müşahidə olunub. Kadrlarda heyətin xilasedici jiletlər geyindiyi diqqət çəkib.

    Gəmidə həyəcan siqnalları

    Fransız Avropa Parlamenti (AP) üzvü Emma Fourreau öz X hesabında gəmidə həyəcan siqnallarının işə düşdüyünü qeyd edib. Fourreau başqa bir paylaşımında isə “Binyamin Netanyahunun soyqırımçı ordusu Hanzala gəmisinə yaxınlaşır” ifadəsini istifadə edib.

    Müdaxilə başladı

    Qəzzaya yardım aparmaq üçün yola düşən gəmidə olan Fourreau: “İsrail ordusu buradadır. Tezliklə görüşərik. Soyqırıma son qoyun” deyərək gəmiyə müdaxilənin başladığını elan edib.

    İsrail keçən ay “Madleen” gəmisinə müdaxilə etmişdi

    Azadlıq Donanması Koalisiyası” adlı qeyri-hökumət təşkilatının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım çatdırmaq məqsədilə təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik “Madleen” gəmisi iyunun 1-də İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti limanından Qəzzaya yola çıxmışdı.

    İsrail ordusu Qəzzaya qarşı blokadanı yarmaq məqsədi güdən “Madleen” gəmisinə iyunun 9-u səhər saatlarında müdaxilə etmiş və aralarında Avropa Parlamentinin (AP) fransız üzvü Rima Həsən, Almaniya vətəndaşı, FFK-nın Mətbuat Koordinatoru Yasemin Acar, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiaqo Avila və isveçli iqlim fəalı Qreta Tunberqin olduğu 12 könüllü saxlanılmışdı.

    Könüllülər İsrailə gətirilmiş, onlardan 4-ü iyunun 10-u səhər ölkədən deportasiya edilmişdi. Koalisiya iyunun 16-da İsrailin saxladığı digər bütün insan haqları müdafiəçilərinin azad edildiyini açıqlamışdı.

    Hanzala gəmisinin tarixi

    Hanzala gəmisi iyulun 13-də İtaliyanın Sirakuza limanından yola çıxmış, lakin bəzi texniki ehtiyacların aradan qaldırılması üçün iyulun 15-dən 20-dək Qallipoli limanında son hazırlıqları tamamlamışdı.

    İyulun 20-də yola düşən gəmidə 21 fəalın olduğu bildirilmişdi.

    Qəzzada aclıq son həftələrdə daha da ağır vəziyyətə çatıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə aclıqdan sümükləri görünən, huşunu itirən və yeriməyə gücü qalmayan insanlar diqqəti cəlb edir.

    24 saat