Tag: #ParisHilton

  • Paris Hilton Türk müğənnisini izlədi: Bəs nə

    Paris Hilton Türk müğənnisini izlədi: Bəs nə

    Takip listəsində yalnız 7 min 493 nəfərə yer verən Paris Hiltonun bu seçici yanaşmasına baxmayaraq, Haticeni izləməsi sosial mediada təəccüblə qarşılanıb. Bu hadisənin ardından “Paris Hilton niyə Hatice’ni izləyir?” sualı istifadəçilər arasında sürətlə yayılıb.

    Müğənni Hatice məsələ ilə bağlı açıqlama verərək, məşhur simanın onu həqiqətən izlədiyini təsdiqləyib və bu sürpriz inkişafla bağlı zarafatcıl cavab verib: “Yəqin ki, şirinliyimə görədir.”

    TÜRK MODA EVLƏRİNƏ ÜSTÜNLÜK VERİR

    Paris Hiltonun Türkiyəyə marağı əslində yeni deyil. Daha əvvəl İstanbulda keçirilən tədbirlərdə iştirak edən, türk modelyerlərinin dizaynlarını seçən Hilton, vaxtaşırı Türkiyə ilə bağlı paylaşımları ilə də diqqət mərkəzində olub.

    Lakin bu dəfə onun diqqətini cəlb edən ad, səhnə performansları ilə tanınan və uzun illərdir musiqi dünyasında aktiv şəkildə fəaliyyət göstərən Hatice olub.

    Bu hadisədən sonra Haticenin sosial şəbəkə hesablarında aktivliyin artacağı gözlənilir. Eyni zamanda, Paris Hiltonun gələcəkdə digər türk sənətçiləri ilə də oxşar qarşılıqlı əlaqələr qurub-qurmayacağı maraq doğurur.

    24 saat