) istifadə etməmək tövsiyə olunur. #QəzzalıUşaqlar - admin

Tag: #QəzzalıUşaqlar

  • TFF Gürcüstan matçı üçün Qəzza qərarı verdi

    TFF Gürcüstan matçı üçün Qəzza qərarı verdi

    Türkiyə-Gürcüstan matçında Qəzzalı uşaqlar da iştirak edəcək

    Türkiyə A Milli Futbol Komandası, 2026 FİFA Dünya Kuboku seçmə mərhələsi E qrupunun 4-cü matçında Kocaeli Stadionunda Gürcüstanı qəbul edəcək. Ay-ulduzluların oyunu öncəsində Türkiyə Futbol Federasiyası (TFF) mühüm bir məsələyə diqqət çəkməyə hazırlaşır.

    Tribuna gəlirləri Qəzzaya bağışlanacaq

    Türkiyənin Gürcüstanı qəbul edəcəyi qarşılaşma öncəsində 17 qəzzalı uşaq, futbolçularla birlikdə seremoniyaya çıxacaq. Bundan əlavə, 50 qəzzalı vətəndaş da TFF-nin dəvəti ilə Gürcüstan mübarizəsini tribunadan izləyəcək.

    Türkiyə Futbol Federasiyası İdarə Heyəti, 2026 FİFA Dünya Kuboku Avropa seçmə mərhələsi E qrupunda oynanılacaq Türkiyə – Gürcüstan matçının tribuna gəlirlərini Qəzza xalqına bağışlamaq qərarı alıb.

    TFF-dən mövzu ilə bağlı verilən açıqlamada, “Bütün dünyanın gözü önündə reallaşan bu soyqırımı bir daha lənətləyir, bütün tərəfdarlarımızı Kocaeli Stadionunda saat 21:45-də başlayacaq mübarizədə tək səs, tək ürək olaraq Ay-Ulduzlu komandamızı dəstəkləməyə dəvət edirik” deyilib.

    24 saat