Qapıçı transferi “Qalatasaray”ın gündəmində
“Qalatasaray” transfer siyasətində prioritet hədəf qapıçı mövqeyidir. Klub rəhbərliyi bu mövzuya ciddi önəm verir və heyəti gücləndirmək üçün çalışır.
Ederson üçün danışıqlar davam edir
İstanbul təmsilçisinin transfer siyahısında ilk sırada “Mançester Siti”nin braziliyalı qolkiperi Ederson dayanır. “Qalatasaray” rəhbərliyi bu transferi reallaşdırmaq üçün intensiv səylər göstərir. Lakin, İngiltərə klubunun tələb etdiyi 20 milyon avroluq yüksək transfer haqqı ilkin mərhələdə problem yaratmışdı.
Pep Qvardiola transferə əngəl törədir?
Klublar arasında transfer danışıqları davam edərkən, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu prosesə müdaxilə edib. Klub 31 milyon avroya Trafford-u transfer etsə də, Qvardiola Ederson-u komandada saxlamaq və Orteqanı göndərmək niyyətindədir. Ehtiyat oyunçular skamyasına düşdüyü üçün klubdan ayrılmaq qərarına gələn Ederson, baş məşqçisi ilə görüş tələb edib. Braziliyalı qolkiper bu görüşdə “Qalatasaray”a keçidi üçün Qvardioladan dəstək istəyəcək.









