Tag: radyoaktif sizinti

  • Qorxunc nüvə fəlakəti ssenarisi

    Qorxunc nüvə fəlakəti ssenarisi

    ABŞ-ın İsrail-İran münaqişəsinə ilk dəfə bilavasitə müdaxiləsi, İranın nüvə obyektlərini hədəf alması ilə iki ölkə arasında davam edən qarşılıqlı hücumlar yeni mərhələyə qədəm qoyub. ABŞ prezidenti Donald Trampın sosial media hesabından şəxsən elan etdiyi bu hücumlarda İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə tesisləri vurulub. Hücumdan sonra radioaktiv sızıntının olmaması, İranın zənginləşdirilmiş uranyum ehtiyatını köçürüb-köçürmədiyi və uranyumun necə daşındığı kimi suallar gündəmə gəlib. İstanbul Texniki Universitetinin Nüvə Tədqiqatları Bölməsinin professoru, Dr. Erol Kam bu sualları cavablandırıb.

    Radioaktiv Sızıntının Olmaması Nə Anlama Gəlir?

    Professor Kamın dəyərləndirməsinə görə, hədəf alınan nüvə tesisində radioaktiv maddələrin ətraf mühitə yayılmadığı mənasına gəlir. Bu, ətraf mühitə zərərli radiasiyanın (alfa, beta, qamma şüaları kimi) yayılmadığını göstərir. Nəticədə, bölgədəki insanlar, heyvanlar və ekosistem üçün ciddi sağlamlıq risklərinin qarşısı alınıb.

    Təhlükəsizlik baryerləri zədələnməyib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) və ya milli qurumların apardığı ölçmələrdə ətraf mühitdə radiasiya səviyyəsi normaldan yuxarı olsaydı, bu, sızıntı hesab edilərdi. Radioaktiv maddələrin xarici mühitə çıxmaması o deməkdir ki, plutonium, tritium, sezium-137, yod-131 kimi izotoplar tesisin içində qalıb və ətraf mühitə yayılmayıb. Reaktorun qoruma sistemləri – təzyiq qabı, bioloji qalxan və daxili mühafizə binası kimi təhlükəsizlik baryerləri zərər görməyib. Natanz və ya Fordodakı partlayışlar, Fukuşima və ya Çernobıl kimi reaktor zədələnməsinə və xarici mühitə radioaktiv yayılmaya səbəb olmayıb; ən çox, infrastruktur və texniki zərərlər yaşanıb.

    Uranyum Necə Daşınır?

    Zənginləşdirilmiş uranyum kimi nüvə maddələrinin daşınması yüksək təhlükəsizlik, radiasiya mühafizəsi və beynəlxalq qaydalara uyğunluğu tələb edən bir prosesdir. Uranyum-235-in radioaktivliyi, zənginləşdirmə səviyyəsindən asılı olaraq artır. Yüksək zənginləşdirilmiş uranyum (HEU), kritik kütlə riski və daha yüksək radiasiya yayılması səbəbindən xüsusi tədbirlər tələb edir. Uranyum Hekza Florid (UF6) nəmlə təmasda olduqda zəhərli hidroflorid turşusu yarada bilər; bu səbəbdən qapalı qablar vacibdir.

    Daşınmada Təhlükəsizlik Tədbirləri
    Fiziki mühafizə, BAEA-nın tövsiyələrinə uyğun olaraq təmin edilir. Silahlı müşayiətlər, sabotaj və oğurluğa qarşı istifadə olunur. Radiasiya izləmə cihazları ilə daşınma zamanı doz səviyyələri nəzarət edilir. Zənginləşdirilmiş uranyumun daşınması, radioloji, fiziki və təhlükəsizlik risklərini minimuma endirmək üçün ciddi tədbirlər tələb edir. BAEA standartları, xüsusi qablar, təhlükəsiz daşınma üsulları və beynəlxalq yoxlamalar bu prosesin əsasını təşkil edir.

    Zənginləşdirilmiş Uranyum Harada İstifadə Olunur?

    Zənginləşdirilmiş uranyumun istifadə sahələri aşağıdakılardır:

    • Nüvə Enerjisi: Aşağı zənginləşdirilmiş uranyum (LEU) (%3-5) nüvə reaktorlarında yanacaq kimi istifadə olunur. Ümumiyyətlə kommersiya nüvə stansiyalarında yanacaq kimi tətbiq edilir.
    • Tədqiqat Reaktorları: %20 zənginləşdirilmiş uranyum, tibbi izotop istehsalı üçün seçilir.
    • Nüvə Silahları: Yüksək zənginləşdirilmiş uranyum (HEU) nüvə silahı istehsalında istifadə olunur (%90+).

    Daşınması və istifadəsi BAEA qaydalarına tabedir və yüksək təhlükəsizlik tələb edir.

    ABŞ-ın “Sığınacaq Dələn” Sistemi Necə İşləyir?

    1. Bomba, hədəfin təxminən 12 km yüksəkliyindəki B-2 "xəyalət təyyarəsi"ndən buraxılır.
    2. Mühərriki yoxdur. Yüksək hündürlükdən düşərkən sürəti artır.
    3. Peyk vasitəsilə, tənzimlənə bilən quyruq üzgəclərindən istifadə edərək bomba istiqamətləndirilir.
    4. Bombanın böyük ağırlığı, toqquşma anında böyük miqdarda kinetik enerji yaradır.
    5. Bu enerji, sıx lehimli gövdəni yerin 60 metr altına qədər itələyir.
    6. Bombadakı "gecikməli kapsul" bomba yeraltı hədəfə çatdıqda itələyici güclə 2400 kiloqramlıq partlayıcını işə salır.

    Sızıntı Olsaydı Nə Baş Verərdi?

    Ətraf mühit çirklənərdi. Belə ki, sezium-137 torpağa bulaşar və illərlə əkinçilik aparmaq mümkün olmazdı. Yod-131 havaya qarışar, tənəffüs yolu ilə qalxanabənzər vəz xərçənginə səbəb ola bilərdi. Stronsium-90 suya qarışarsa, sümük iliyinə təsir edərdi. BAEA başda olmaqla qonşu ölkələr həyəcan siqnalı verər, sərhəd ötesi yayılma ehtimalı yaranardı. Təxliyələr başlar, kənd təsərrüfatı məhsullarının məhv edilməsi və uzunmüddətli təmizləmə əməliyyatları planları hazırlanardı.

    Necə Ölçmə Aparılır?
    Torpaq/bitki/su analizi: Səth çirklənməsini ölçmək üçün. Qamma spektroskopiyası: Hansı izotopun sızdığını müəyyən etmək üçün. Şəxsi dozimetrlər: İşçilərin məruz qaldığı dozanı nəzarət etmək üçün.

    Nüvə Reaktoru Qəzaları: Keçmiş Təcrübələr

    Çernobıl – Ukrayna, 1986: Reaktor dizaynı və operator səhvi nəticəsində çox ciddi qəza baş verdi. Partlayışdan sonra reaktor açıldı, atmosferə tonlarla radioizotop yayıldı. 4-cü səviyyə fəlakət olaraq qiymətləndirildi. On minlərlə xərçəng xəstəliyi, geniş miqyaslı təxliyələr baş verdi.

    Fukuşima Daiichi – Yaponiya, 2011: Sunami, elektrik kəsilməsi və soyutma sisteminin itirilməsi nəticəsində genişmiqyaslı zərər yarandı. Reaktorlar qismən əriyib, dəniz suyuna və atmosferə radiasiya yayıldı. Təxliyələr, balıqçılıq qadağaları, kənd təsərrüfatı məhsullarına qoyulan qadağalar tətbiq edildi.

    Three Mile Island – ABŞ, 1979: Texniki nasazlıq və insan səhvi səbəbindən məhdud miqyaslı bir qəza oldu. Reaktor qismən əridi, çox az miqdarda radioaktiv qaz atmosferə buraxıldı. Ekoloji təsir minimal idi. Lakin bu hadisə nüvə sənayesində etimad böhranı yaratdı.

    İran: Fordodakı Zənginləşdirilmiş Uranyumu Daşıdıq

    ABŞ və İsrailin hücum etdiyi İranın Fordo Nüvə Tesisinin hücumdan əvvəl boşaldıldığı iddia edildi. İran Məclisinin sədri Məhəmməd Baqır Kalibafın müşaviri Mehdi Muhammədi X sosial media platformasında mövzu ilə bağlı paylaşım edib. Muhammədi qeyd edib: "İranın baxış açısından, çox da qəribə bir şey olmadı. İran bir neçə gecədir Fordoya bir saldırı gözləyirdi. Tesis bir müddət əvvəl boşaldılıb və hücumda geri dönməz zərər görməyib. İki şey kəsindir: Birincisi, məlumat bombalana bilməz, ikincisi, qumarbaz bu dəfə uduzacaq."

    Reuters-ə danışan yüksək rütbəli bir İran rəsmisi isə Fordo Nüvə Tesisindəki zənginləşdirilmiş uranyumun ABŞ hücumundan əvvəl gizli bir yerə daşındığını bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyinin keçən həftə İrana qarşı qərar qəbul etməsindən sonra İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami, gizli bir uranyum zənginləşdirmə mərkəzi inşa etdiklərini, santrifuqların yerləşdirilməsi ilə zənginləşdirmə fəaliyyətlərinə başlaya biləcəklərini açıqlamışdı. Fordodan daşınan zənginləşdirilmiş uranyumun İslamini sözünü etdiyi yeni və gizli mərkəzə aparıldığı ehtimalı üzərində dayanılır. Washington Post isə peyk görüntülərinə əsaslanaraq, ABŞ-ın Fordoya hücumundan iki gün əvvəl, tesisin girişində yük maşınları və qeyri-adi hərəkətlər müşahidə edildiyini bildirib. Peyk görüntüləri, cümə axşamı 16 yük maşınının Fordodan ayrılıb başqa bir yerə və ya yerlərə getdiyini göstərir.

    24 saat