Tag: #Sabalenka

  • Sabalenka və Cokoviç dörddəbir finalda

    Sabalenka və Cokoviç dörddəbir finalda

    Sezonun son böyük tennis turniri olan ABŞ Açığında Belarus təmsilçisi Arina Sabalenka və serbiyalı Novak Cokoviç dörddəbir finala yüksəliblər.

    Sabalenka çətinlik çəkmədi

    Nyu-Yorkda keçirilən turnirin 8-ci günündə qadınların tək yarışında dünyanın 1 nömrəsi olan Sabalenka, dördüncü turda reytinq cədvəlinin 95-ci pilləsində qərarlaşan ispan Kristina Buksa ilə qarşılaşıb.

    Son çempion Sabalenka, bir saat 13 dəqiqə davam edən matçda rəqibini 6-1 və 6-4 hesabıyla başa çatan setlərlə 2-0 məğlub edərək növbəti mərhələyə adlayıb.

    Uimbldonda 2023-cü ilin çempionu, dünya reytinqində 60-cı olan çexiyalı Marketa Vondrousova, 2022 Uimbldonun qalibi qazaxıstanlı Elena Rıbakinanı (9 nömrəli seribaşı) 6-4, 5-7 və 6-2 hesabıyla başa çatan setlərlə 2-1 məğlub edib. Vondrousova dörddəbir finalda Sabalenkanın rəqibi olacaq.

    Reytinq cədvəlinin 62-ci pilləsində yerləşən, iki dəfə böyük dəbilqə çempionu olan çexiyalı Barbora Krejçikova isə ABŞ təmsilçisi Teylor Taunsendi 1-6, 7-6 və 6-3 hesabıyla tamamlanan setlərlə 2-1 yenərək dörddəbir finalda amerikalı Cessika Pequla ilə qarşılaşacaq.

    Djokoviç asanlıqla qalib gəldi

    Karyerasında 4 dəfə ABŞ Açığı çempionluğuna yüksələn 7 nömrəli seribaşı Djokoviç, bir saat 49 dəqiqə davam edən tək kişilərin 4-cü tur matçında dünya reytinqində 144-cü olan alman Yan-Lennard Ştruffu 6-3, 6-3 və 6-2-lik setlərlə 3-0 məğlub edib.

    Djokoviç, bir mövsümdə 4 böyük dəbilqə turnirinin hər birində dörddəbir finala yüksələn ən yaşlı (38 yaş 94 gün) kişi tennisçi olub.

    ABŞ təmsilçisi Teylor Fritz (4), çexiyalı Tomaş Maxaçı (21) 3-0 (6-4, 6-3, 6-3), çexiyalı Yiri Leheçka (20) da fransalı Adrian Mannarinonu 3-1 (7-6, 6-4, 2-6, 6-2) hesabı ilə yenərək növbəti mərhələyə keçiblər.

    Djokoviçin Fritz ilə qarşılaşacağı dörddəbir finalda Leheçka isə ispan Karlos Alkaras (2) ilə mübarizə aparacaq.

    24 saat