Karyerası, səhnə enerjisi, fiziki görünüşü və şəxsi həyatı ilə daim diqqət mərkəzində olmağı bacaran Ajda Pekkanın siması ötən günlərdə çox danışılmışdı. Çeşmədə verdiyi konsertdə oxuyarkən üzündə mimika qıpırdamaması ilə son olaraq adından söz etdirmişdi. Ardından gələn tənqidlərə isə Superstar səhnəyə maska taxaraq çıxmaqla çözüm tapmışdı.
Ajda Pekkan gözlənilməz bir dəyişikliyə imza atdı. Uzun illər istifadə etdiyi platin sarısı saçlarından imtina edərək açıq qumral tonlara keçid edərək pərəstişkarlarını təəccübləndirdi.
Bu dəyişiklik sosial mediada böyük əks-səda doğurarkən, bir çox izləyicisi Pekkanın təbii və cavanlaşmış görünüşünə heyran qaldı. Ajda Pekkan tərzi ilə yenə diqqətləri özünə çəkməyi bacararkən, Hadisəyə bənzədildi.
‘DELALIM’ RİTMİ İLƏ COŞDULAR
Ajda Pekkan ötən axşam Çeşmə Açıq Hava Teatrında pərəstişkarları ilə görüşdü. 79 yaşlı müğənni konsertdən sonra Mahsun Kırmızıgülün səhnə aldığı məkana getdi. Kırmızıgülün səhnəsinə qonaq olan Pekkan, müğənni ilə birlikdə halay çəkdi. İkilinin bu anları sosial mediada paylaşıldı. Əlində dəsmal ilə Ajda Pekkan, ‘Delalım’ türküsündə zılgıt çəkərək Kırmızıgülə yoldaşlıq etdi. Sənətçi enerjisi ilə heyran etdi.