Belçikada iki İsrail əsgərlərinin Qəzzada törətdikləri müharibə cinayətlərinə görə saxlanıldığı bildirilir. Hadisə dünyaca məşhur Tomorrowland musiqi festivalında baş verib.
İctimai təhlükəsizliyə təhdid
Middle East Eye-ın məlumatına görə, Fələstinli qurbanların ədalət axtarışını dəstəkləyən Hind Rəcəb Fondu əsgərlərin Belçika səlahiyyətlilərinə edilən rəsmi şikayət əsasında saxlanıldığını açıqlayıb. Festival ərazisində hərbi simvollar nümayiş etdirən hərbiçilərin ictimai təhlükəsizliyə təhdid yaratdıqları əsası ilə dindirildiyi qeyd edilib.
Cəzasızlığa qarşı tarixi addım
Fond hadisədən sonra verdiyi bəyanatda bildirib ki, Avropada ilk dəfədir Qəzzadakı qətliamlarla əlaqəli İsrailli şübhəlilər rəsmi olaraq saxlanılıb və dindirilib. Bu, cəzasızlığa qarşı tarixi bir addımdır. Belçika Federal İstintaq Bürosu saxlanılma faktını rəsmən təsdiqləməsə də, araşdırmanın davam etdiyini bildirib. Şəxsiyyətləri gizli saxlanılan hərbiçilər barədə işi araşdıran prokurorlar, Belçika Cinayət Prosessual Məcəlləsi çərçivəsində ölkə xaricində törədilmiş müharibə cinayətləri və işgəncə iddiaları üzrə beynəlxalq hüquq yurisdiksiyasına malik olduqlarını bəyan ediblər.
Qurbanlara dəstək mesajı
Hind Rəcəb Fondunun mesajı Fələstin xalqının uzun müddətdir davam edən haqlı mübarizəsinə ümid işığı yandırıb: “Qəzzadakı qurbanlara və sağ qalanlara: Sizi görürük, sizi duyuruq və ədalət tələbinizi daşıyırıq. Cəzasızlıq əbədi deyil, bu an bunun sübutudur.”
Hadisənin təfərrüatları
İsrail mediasında yer alan məlumata görə isə hadisə, hərbiçilərin izdihamlı ərazidə hərbi simvollar daşıması ilə diqqət çəkib və ictimaiyyətdə narahatlığa səbəb olub. Bu inkişaf Avropada Fələstin davası lehinə atılan konkret addımlar baxımından kritik bir mərhələ olaraq qiymətləndirilir, İsrail Xarici İşlər Nazirliyi də hadisəni təsdiqləyib.