Tag: #SelFəlakəti

  • ABŞ-da daşqın: Metrolar su altında qaldı, fövqəladə vəziyyət elan edildi

    ABŞ-da daşqın: Metrolar su altında qaldı, fövqəladə vəziyyət elan edildi

    ABŞ-ın Nyu-Cersi ştatının bəzi bölgələri və Pensilvaniya ştatının ayrı-ayrı hissələri ötən gecədən bu səhərə qədər davam edən aramsız leysan yağışlar nəticəsində su altında qalıb. Şiddətli yağışlar, bir çox nəqliyyat vasitəsinin yollarda batmasına, küçələrin sel sularına qərq olmasına və genişmiqyaslı su basqınlarına yol açıb.

    Nyu-Cersidə Fövqəladə Vəziyyət

    Nyu-Cersi ştatının qubernatoru Fil Merfi ani sel basqınları və güclü yağışlar səbəbindən ştatda fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Merfi, “Evlərinizdə qalın və zəruri olmadıqca çölə çıxmayın” çağırışını edib. Nyu-Cersidəki Samervill və Pleynsfill kimi bölgələrdə avtomobillər və təcili müdaxilə vasitələri sulara qərq olarkən, bəzi nəqliyyat vasitələrinin qismən aşdığı müşahidə edilib.

    Nyu-York Metrosu İflic Oldu

    Nyu-York metrosu su basması nəticəsində qismən fəaliyyətini dayandırıb. Manhetten bölgəsində 1, 2 və 3 nömrəli xətlərin hərəkəti dayandırılıb. 23-cü küçə stansiyasından yayılan görüntülərdə yerdən fışqıran suyun turniket zonasını basdığı və sərnişinlərin oturacaqlara sığınmaq məcburiyyətində qaldığı görünür. Kuins bölgəsində isə Forest Hills istiqamətindəki M və R qatar xətlərində ciddi gecikmələr yaşanıb. Sosial mediada yayılan görüntülərdə stansiya pilləkənlərinin şəlaləyə döndüyü və sərnişinlərin vaqonlarda köməksiz qaldığı anlar yer alıb.

    Avtomobil Yolları Suya Qərq Oldu

    Manhetten bölgəsinin şərq sahilində yerləşən, nəzarətli girişi olan avtomobil yolu olan FDR East River Drive-da da suyun səviyyəsi avtomobil təkərlərinə qədər yüksəlib. Sürücülər axına qarşı avtomobilləri ilə çox yavaş-yavaş hərəkət edə biliblər. Avtomobil yollarında tıxanıb qalan nəqliyyat vasitələri səbəbindən şəhərə giriş və çıxışda ciddi axsamalar meydana gəlib.

    Əhaliyə Xəbərdarlıq

    Nyu-York Şəhər Fövqəladə Hallar İdarəsi dünən verdiyi açıqlamada, şəhər əhalisinə zirzəmilərdə qalmamağı və təcili yardım çantalarını hazır vəziyyətdə saxlamağı tövsiyə edib. Açıqlamada bildirilib ki, “Sel ölümcül ola bilər və çox az xəbərdarlıqla və ya heç xəbərdarlıqsız baş verə bilər. Zirzəmilər və yeraltı sahələr dəqiqələr içində su ilə dolşa bilər.” ABŞ-ın paytaxtı Vaşinqton, Merilend ştatının ən sıx şəhəri Baltimor və Konnektikut ştatındakı Hartford şəhərləri də sel xəbərdarlığı altında olub. Ölkənin şərq sahilləri boyunca təxminən 18 milyon ABŞ vətəndaşı xəbərdarlıq çərçivəsində idi.

    24 saat

  • ABŞ-da ölümcül fəlakət 160 nəfər itkin düşüb

    ABŞ-da ölümcül fəlakət 160 nəfər itkin düşüb

    Texasda Sel Fəlakəti: Ölü Sayı Artır, Axtarışlar Davam Edir

    Texas qubernatoru Qreqq Abbott, iyulun 4-də baş verən güclü yağışların səbəb olduğu Texas seli ilə bağlı mətbuat açıqlaması yayıb. Abbott bildirib ki, fəlakət nəticəsində əyalət üzrə həyatını itirənlərin sayı 109-a çatıb. O, yalnız Kerr qraflığında 161 nəfərin itkin düşdüyünü qeyd edib.

    İtkin Düşənlərin Axtarışı Davam Edir

    Əyalət daxilində itkin düşənlərin ümumi sayına dair məlumat paylaşılmayıb. Qreqq Abbott, bütün itkin düşənlər tapılana qədər axtarış işlərinin davam edəcəyini vurğulayıb.

    Fəlakətin Səbəbi və Prezidentin Bəyanatı

    ABŞ-ın cənub ştatı Texasda iyulun 4-də qəfil başlayan güclü yağışlar nəticəsində Kerr qraflığındakı Quadelupe çayı daşaraq selə səbəb olmuşdu. ABŞ prezidenti Donald Tramp bu daşqın fəlakəti səbəbilə Kerr qraflığını təbii fəlakət zonası elan edib.

    Meteorologiya Xidmətinə Tənqidlər

    Əyalətin Respublikaçı yerli rəsmiləri, Prezident Donald Trampın qənaət siyasəti çərçivəsində büdcəsi azaldılan Milli Hava Xidmətini, fəlakətdən əvvəl kifayət qədər xəbərdarlıq etməməkdə və dəqiq proqnoz verməməkdə günahlandırıblar.

    24 saat

  • Səhralı Teksas suya qərq oldu: Növbəti fəlakət qapıda

    Səhralı Teksas suya qərq oldu: Növbəti fəlakət qapıda

    Teksasın mərkəzi hissələrində baş verən daşqın fəlakəti, səhraları ilə tanınan quraq ştatı sular altında qoydu.

    Güclü yağışlar nəticəsində qabaran Qvadalupe çayının ətrafında, əksəriyyəti uşaq olmaqla 96 nəfər həyatını itirdi. Avtomobillər və evlər sel sularına qapılaraq yoxa çıxdı. Kerrvil şəhərinə nəqliyyat yalnız qayıqlar və helikopterlərlə təmin edildi.

    Kerrvil şəhəri yaxınlığında yerləşən xristian qızlar düşərgəsi “Camp Mystic” ən ağır zərbəni aldı. Düşərgə rəhbərliyi 27 düşərgə sakini və əməkdaşının öldüyünü rəsmən elan etdi. On qız uşağı və bir düşərgə əməkdaşı hələ də itkin düşüb.

    DAŞQININ ACIOĞLU NƏTİCƏLƏRİ

    Axtarış-xilasetmə qrupları sıx palçıq və dağıntılarla örtülü ərazidə işlərini davam etdirərkən, səlahiyyətli şəxslər yaxınlaşan yeni fırtınaların işləri daha da çətinləşdirə biləcəyini bildirdilər.

    Bazar ertəsi günorta yalnız Kerr qraflığında 84 nəfərin cansız cəsədi tapıldı. Bu şəxslərdən 28-nin uşaq olduğu açıqlandı.

    Qonşu beş qraflıqda isə daha 12 nəfərin daşqın səbəbindən həyatını itirdiyi bildirilir. 41 nəfərin taleyi hələ də naməlumdur.

    Bu arada, qızlar düşərgəsinin ortaq sahibi və direktoru Riçard İstland sel zamanı uşaqları xilas etməyə çalışarkən həyatını itirdi.

    Onun nəvəsi Corc İstland sosial şəbəkədə “Əgər təbii yollarla ölməsəydi, qızları uğrunda ölməsi qaçılmaz idi” – deyə yazdı.

    XƏBƏRDARLIQ SİSTEMLƏRİNİN ƏHƏMİYYƏTİ

    Fəlakətin yeni dalğası üfüqdə görünərkən, ştat səlahiyyətliləri erkən xəbərdarlıq sistemlərinin bir çox həyatı xilas edə biləcəyini vurğuladılar.

    Teksas Qubernatorunun müavini Dan Patrik Kerrvildə sirenlər sisteminin qurulması üçün ştatın gələn yaya qədər tədbirlər görəcəyini bildirdi.

    Patrik qeyd etdi ki, “Burada sirenlər olmalı idi. Əgər olsaydı, bəlkə də bəzi həyatları xilas edə bilərdik.” Bu açıqlama, səkkiz il əvvəl daşqın xəbərdarlıq sisteminin qurulmasının büdcə çatışmazlığı səbəbindən ləğv edildiyini üzə çıxaran xəbərlərdən sonra verildi.

    24 saat

  • SON DƏQİQƏ ABŞ FƏLAKƏTİ ÖLÜ SAYI 104-Ə YÜKSƏLDİ

    SON DƏQİQƏ ABŞ FƏLAKƏTİ ÖLÜ SAYI 104-Ə YÜKSƏLDİ

    Yetkililər, 4 iyulda baş verən şiddətli yağışlar nəticəsində yaranan sel fəlakətində insanların həyatını itirməsi ilə bağlı son məlumatları açıqlayıb.

    Həyatını İtirənlərin Sayı Artırılıb

    Sözügedən sellər nəticəsində həyatını itirənlərin sayının 104-ə yüksəldiyini bildirən səlahiyyətlilər, axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini qeyd ediblər.

    Kerr Bölgəsindəki Son Durum

    Rəsmilər, bu hadisədə ən çox can itkisinin Kerr bölgəsində qeydə alındığını vurğulayıb. Məlumata görə, burada 28-i uşaq olmaqla 84 nəfər həyatını itirib.

    Fəlakətin Yaranması və Rəsmi Reaksiyalar

    ABŞ-ın cənub ştatı Texasda 4 iyul tarixində anidən başlayan güclü yağışlar nəticəsində Kerr bölgəsindəki Guadalupe çayı daşmış və bu, genişmiqyaslı daşqınlara səbəb olmuşdu.

    ABŞ prezidenti Donald Tramp baş verən bu hadisə ilə əlaqədar Kerr qraflığını fəlakət bölgəsi elan etmişdi.

    Texas qubernatoru Qreq Abbott öz X hesabında (keçmiş Twitter) dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursların səfərbər edildiyini bildirmişdi. Yerli səlahiyyətlilər təsirə məruz qalan ərazidə təxminən 50 min nəfərin olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlamışdılar.

    Ştatın Respublikaçı yerli məmurları, ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətləri çərçivəsində büdcəsi azaldılan Milli Hava Xidmətini (NWS) fəlakətdən əvvəl kifayət qədər xəbərdarlıq və dəqiq proqnozlar verə bilməməkdə tənqid etmişdilər.

    24 saat