TikTok fenomeni cəza ilə üz-üzə: Bir selfie 10 min dollara başa gəldi
Tanınmış TikTok fenomeni Sean Davis, 2.400 dollara (təxminən 99 min AZN) icarəyə götürdüyü şüşə qablı lüks villada çəkdirdiyi bir selfie səbəbilə ev sahibləri tərəfindən 10 min dollarlıq (təxminən 400 min AZN) cəza ilə üzləşdiyini açıqlayıb.
Bu qalmaqallı hadisə sosial mediada geniş müzakirələrə səbəb olub və Davisin başına gələnlər sənaye qaydaları ilə bağlı suallar doğurub.
Lüks villa və qalmaqallı çəkiliş
Netflix-in “World’s Most Amazing Vacation Rentals” sənədli filmində də yer alan, Demi Lovato, Lizzo və Diplo kimi məşhur simaların ziyarət etdiyi 5.500 kvadratmetrlik villa, əks etdirici fasadı ilə ətrafa kamuflyaj olunacaq şəkildə dizayn edilib. İçərisində 30 metrlik qapalı hovuzu və ekoloji cəhətdən təmiz ağıllı sistemləri olan bu lüks villa, Instagram-ın ən populyar məkanlarından birinə çevrilmişdi.
Lakin Davisin dediyinə görə, sevgilisinin evin hamamında çəkdirdiyi və bir markanı etiketlədiyi selfie, icarə müqaviləsindəki gizli maddələri işə salıb. Fotoşəkilin sosial mediada yenidən paylaşılması, Davisin ifadəsi ilə desək, “10 min dollarlıq bir şantaj”a çevrilib.
Davis, “Evdə heç bir marka çəkilişi etmədik. Çöldə bir neçə kadr çəkdik, lakin əsas problem bir selfie oldu” deyərək vəziyyətə etiraz edib. O, yüksək qiymətə baxmayaraq, qalma təcrübəsinin də xoşagəlməz olduğunu qeyd edib: “Gecə içəridən çölü görə bilmirsiniz, lakin çöldən içəri aydın görünür. Üstəlik, tikili boyunca çatırtı səsləri gəlir və sanki göydələn kimi bütün gecə səs-küy salır.”
Cəza və ictimai reaksiyalar
Davisin bu mövzuda hazırladığı video qısa müddətdə 1.3 milyon baxışa çatıb. Sosial media istifadəçilərinin bir hissəsi onu dəstəkləyərkən, digər hissəsi bunun sektorda adi bir hal olduğunu bildirib. Bir istifadəçi, “Əmimin də Airbnb evi var, günlük qiymət 1.000 dollardır, lakin marka çəkilişləri üçün 10 min dollar alır. Tamamilə normaldır” şərhini yazıb. Başqa bir istifadəçi isə “Reklam və ya brend çəkilişləri üçün əlavə ödəniş etmək sənaye standartıdır. Bu səhvi heç kim ikinci dəfə etməz” deyə qeyd edib. Bu vəziyyət lüks villa icarəsi və sosial media fəaliyyəti arasındakı incə xətti bir daha ortaya qoyub.