) istifadə etməmək tövsiyə olunur. #SerdarOrtaç - admin

Tag: #SerdarOrtaç

  • Serdar Ortaç Mehmet Ali Erbil’in nikah şahidi olamadı: Səbəb yuxu

    Serdar Ortaç Mehmet Ali Erbil’in nikah şahidi olamadı: Səbəb yuxu

    Şoumen Mehmet Ali Erbil (68) özündən 42 yaş kiçik Gülseren Ceylanla sadə bir nikah mərasimi ilə ailə həyatı qurub. İstanbulda baş tutan mərasimə cütlüyün yaxın dostları qatılıb. Bu, Erbilin altıncı evliliyi olub.

    Nikah Şahidi Serdar Ortaç Mərasimə Gələ Bilmədi

    Cütlüyün nikah mərasimində Erbilin övladları Sezin Erbil Yazqan, Yasmin Erbil və Ali Sadi Erbil də iştirak ediblər.

    Mehmet Ali Erbil nikah şahidi olaraq müğənni Serdar Ortaçı seçsə də, o, mərasimə qatıla bilməyib. Məlum olub ki, Ortaç mərasimə “yuxuda qaldığı” üçün gəlməyib. Nikahdan sonra media nümayəndələrinin suallarını cavablandıran Erbil, Ortaç haqqında kəskin ifadələr işlədib:

    “Onda mənəviyyat yoxdur. Ömrü boyu tək və yalnız qalacaq.”

    Erbilin bu açıqlaması sosial mediada qısa müddətdə gündəmə gəlsə də, Serdar Ortaç tərəfindən hələlik bir cavab verilməyib. Cütlüyün ailə həyatı qurmazdan əvvəl izdivac müqaviləsi imzaladığı da iddia edilir.

    Erbilin Keçmiş Evlilikləri

    Tanınmış şoumen indiyə qədər beş dəfə ailə həyatı qurub. Üç övladı olan Erbil, 1980 və 1985-ci illərdə Muhsinə Şehnaz Kamiloğlu ilə iki dəfə evlənib. Bu evlilikdən Sezin Erbil adlı bir qızı dünyaya gəlib.

    Erbil, məşhur aktrisa Nərgiz Kumbasar ilə 1989-cu ildə üçüncü dəfə nikah masasına oturub. Cütlüyün bu evlilikdən Yasmin Erbil adını verdikləri bir qızları var. Şoumen 2001-ci ildə evləndiyi Sədəf Altıntaşdan isə 2003-cü ildə boşanıb. Ən son Tuğba Coşqunla evlənən Erbilin bu evlilikdən Əli Sadi Erbil adlı oğlu dünyaya gəlib. Cütlük 2011-ci ildə qarşılıqlı razılıqla boşanıb.

    24 saat

  • Serdar Ortaç qumarda nə qədər uduzdu

    Serdar Ortaç qumarda nə qədər uduzdu

    Serdar Ortaç-ın Qumar Borcu İddiaları: Müğənni İtirdiyi Məbləği Bilmir

    Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç haqqında səslənən 50 milyon dollar civarında qumar borcu iddiaları yenidən gündəmə gəlib. Lakin sənətçi Orkun Işıtmakın “Yalan Maşını” adlı verilişində qumarda nə qədər pul itirdiyini dəqiq bilmədiyini etiraf edib. Ortaç “Nə qədər itirdiyimi bilmirəm, çox itirdim…” sözləri ilə yaşadığı ağır vəziyyəti dilə gətirib.

    Qumarın Həyatına Vurduğu Zərbələr

    Müğənni həyatı boyu qazandığı vəsaitin böyük bir hissəsini, hətta demək olar ki, tamamını qumarda itirdiyini vurğulayıb. O, qumar vərdişinin şəxsi həyatına və karyerasına vurduğu mənfi təsirlərdən də geniş şəkildə danışıb. Bu açıqlamalar sənətçinin maliyyə problemlərinin ciddi səviyyədə olduğunu bir daha ortaya qoyub.

    Uzunmüddətli Mübarizə: MS Xəstəliyi

    Qeyd edək ki, Serdar Ortaç uzun illərdir MS xəstəliyi (yəni dağınıq skleroz) ilə mübarizə aparır. Bu səhhət problemi onun həyatına əlavə çətinliklər gətirən amillərdən biridir.

    24 saat