Tag: #SosialMedya

  • Kərəm “Qalatasaray”dan getdi, azarkeşlər şoka düşdü

    Kərəm “Qalatasaray”dan getdi, azarkeşlər şoka düşdü

    Fənərbaxça transfer sensasiyası: Kərəm Aktürkoğlu qalmaqalı

    Kərəm Aktürkoğlunun sosial media təmizliyi

    Fənərbaxça tarixinin ən bahalı transferi olmağa hazırlaşan Kərəm Aktürkoğlu, sosial mediada qalmaqal yaradıb. Gənc futbolçu, “Qalatasaray” ilə bağlı bütün paylaşımlarını silərək diqqətləri üzərinə çəkib.

    Klublar arasında gərginlik artır

    “Qalatasaray” rəhbərliyi də bu hərəkətə cavabsız qalmayıb və milli oyunçunu izləmədən çıxarıb. Kərəm Aktürkoğlu da öz növbəsində “Qalatasaray”ı izləməyi dayandırıb. Bu addımlar, iki klub arasında gərginliyin daha da artmasına səbəb olub.

    Fatih Terimlə fotolar silindi

    Kərəm Aktürkoğlunun “Fənərbaxça” ilə razılaşmasının ardından sosial media hesablarından “Qalatasaray”la əlaqəli bütün izləri silməsi, tərəfdarların böyük narazılığına səbəb olub. Xüsusilə, Fatih Terim ilə olan fotosunu İnstagram hesabından silməsi, sarı-qırmızılı tərəfdarları daha da əsəbiləşdirib. Tərəfdarlar, digər oyunçulara Kərəmi izləmədən çıxarmaları üçün təzyiq göstərir.

    24 saat

  • Nesrin Cavadzadə gözəllik sirrini bölüşdü

    Nesrin Cavadzadə gözəllik sirrini bölüşdü

    Son olaraq “Sandık Kokusu” serialında rol alan və tərəf müqabili Pamir Pekinlə qısa müddətli münasibət yaşayan Nesrin Cavadzadə, hazırda sosial media paylaşımları ilə diqqət mərkəzindədir. Bodrumda tətil keçirən gözəl aktrisa bu dəfə öz gözəllik sirrini izləyiciləri ilə bölüşüb.

    GÖZƏLLİK SIRRI SƏHƏR RUTİNİNDƏ GİZLƏNİR

    ‘Al Yazmalım’, ‘Küçük Ağa’, ‘Bizim Hikaye’, ‘Aşk Tesadüfleri Sever 2’, ‘Yasak Elma’ və ‘Sandık Kokusu’ kimi bir çox layihədə tamaşaçı qarşısına çıxan Nesrin Cavadzadə maqazin gündəmindən düşməyən adlar arasındadır. Tanınmış aktrisa səhər rutinini paylaşaraq sirrini açıqlayıb.

    Cavadzadə sosial şəbəkələrdə bu sirri də izləyiciləri ilə bölüşüb. Səhərlər oyanan kimi üzünü buzlu suya saldığını bildirən aktrisa buzla dolu qabı paylaşaraq “Səhərlər belədir” qeydini əlavə edib.

    ÇƏKİLİŞ MEYDANÇASINDA BAŞLAYAN MÜNASİBƏT QISA SÜRDÜ

    “Sandık Kokusu” serialının finalına günlər qalmış, çəkiliş meydançasında eşq söz-söhbətləri yayılmış və serial bitdikdən sonra Nesrin Cavadzadə ilə Pamir Pekin münasibətlərini açıqlamışdılar. Lakin məşhur cütlük iki aylıq birlikdəlikdən sonra ötən günlərdə ayrılıb.

    24 saat