Tag: #StatüProblemi

  • Tedesco üçün çətin günlər başlayır

    Tedesco üçün çətin günlər başlayır

    “Fənərbağça”da Alanyaspor ilə qarşılaşma öncəsi itkilər

    Domeniko Tedeskonun baş məşqçiliyi altında ilk oyununa çıxan və “Trabzonspor” üzərində 1-0 hesablı qələbə qazanan “Fənərbağça”, növbəti sınağını “Alanyaspor” ilə keçirəcək. İtaliyalı mütəxssisi sabahkı matç öncəsi ciddi problemlər gözləyir. “Fənərbağça”nın stadionunda baş tutacaq “Alanyaspor” matçında heyətdə olan məhdudiyyətlər və zədələr Tedeskonun işini çətinləşdirir.

    Heyətdəki məhdudiyyətlər Tedeskonu çətin vəziyyətə salır

    Domeniko Tedesko “Alanyaspor” ilə oyunda heyətindəki məhdudiyyətlərə görə Dorqeles Nene, Ederson, Marko Asensio, Kerem Aktürkoğlu və Edson Alvarez kimi oyunçulardan yararlana bilməyəcək.

    Zədəli oyunçular da komandanı çətinə salır

    Bundan əlavə, zədələri olan Con Duran və Mert Hakan Yandaş da “Alanyaspor” qarşılaşmasında forma geyə bilməyəcəklər. Bu itkilər komandanın oyun planlarına ciddi təsir göstərəcək.

    24 saat