Tag: #Survivor

  • Keçmiş qaynına ərə gedən Kardeniz Kılıçdan parti paylaşımı

    Keçmiş qaynına ərə gedən Kardeniz Kılıçdan parti paylaşımı

    Survivor Ulduzu Kardeniz Kılıçın Toy Mərasimi Və Mübahisələr

    “Survivor” yarışmasının keçmiş iştirakçılarından Kardeniz Kılıç sentyabrın 4-də İzmirdə nikah masasına oturub. Onun əmisi qızının boşandığı həyat yoldaşı, dövlət qulluqçusu Mahir Bektaş ilə evləndiyi və bu səbəbdən ailə üzvlərinin toy mərasiminə qatılmadığı iddia edilir.

    Nikahda məşhur simayı yaxın dostu Aleyna Kalaycıoğlu tək buraxmayıb və Kılıça dəstəyini göstərib. Qeyd edək ki, Kardeniz Kılıçın əvvəlki münasibətləri zamanı sevgilisi Mahir Bektaşın üzünü fotolarda gizli saxlaması diqqət çəkmişdi.

    “10 İL ÖNCƏ BOŞANIB, 5 İLDİR BİRLİKDƏYİK”

    Toy mərasimindən sonra yaranan tənqidlərə cavab verən Kılıç sosial media hesabında bu açıqlamanı yayımlayıb:

    “Toy günümüzdən bəri bir neçə şəxsin ortaya atdığı əsassız xəbərlərin artması nəticəsində, əsasən həyat yoldaşımın keçmiş xanımının vəziyyətdən narahat olması səbəbindən bu açıqlamanı vermək məcburiyyətində qaldım.”

    “Həyat yoldaşımın izdivacı 10 il əvvəl bitməklə yanaşı, münasibətimiz 5 il əvvəl başlayıb. Ortada bəhs edildiyi kimi aldatma, ayırma falan yoxdur.”

    “Həyat yoldaşımın keçmiş xanımı ilə də aramızda heç bir problem yoxdur. O, yayılan bu əsassız xəbərlərdən çox narahatdır. Razılıq əsasında bitmiş bir evliliyin ardından mədəni şəkildə ünsiyyət davam edir.”

    “Mən izləyici cəlb etmək üçün edilən bu xəbərləri əhəmiyyətsiz saysam da, mövzu ilə bağlı heç bir problemi olmayan bir qadının bu paylaşımlarla əsəblərinin pozulmasını və gündəlik həyatının təsirlənməsini istəmirəm.”

    “Bundan əlavə, mövzu ilə bağlı yayılan bütün əsassız xəbərlər və təhqirlərlə əlaqədar hüquqi proseslərə başlanılacaqdır.”

    DÜYÜN SONRASI PARTİ PAYLAŞIMI

    Fenomen ad Kardeniz Kılıç haqqında danışılmağa davam edərkən, yeni bir paylaşım edib. Bu dəfə o, toy mərasimindən sonra keçirilən parti fotolarını İnstagramda yayımlayıb.

    24 saat

  • Pascal Nouma: Diskotek dövrü bitdi

    Pascal Nouma: Diskotek dövrü bitdi

    Pascal Noumanın Keçmişi: Meydançadan Ekranlara

    Beşiktaşın keçmiş ulduzu Pascal Nouma karyerası ərzində mübahisəli hərəkətləri ilə yadda qalıb. Məlumata görə, o, meydançada etdiyi hərəkətə görə cəzalandırıldıqdan sonra futbol fəaliyyətinə son qoyub. Daha sonra Nouma məşhur “Survivor” realiti-şousunda iştirak edib. Lakin yarışmanın gedişatında Nihat Doğanla yaşadığı mübahisə səbəbindən diskvalifikasiya olunub.

    “Disko Günləri” Geridə Qaldı: Beşiktaş Əfsanəsi Cihangirdə

    Ötən gün axşam sevgilisi ilə birlikdə Cihangirdəki bir məkandan çıxarkən obyektivlərə tuş gələn Pascal Nouma, uzun illərdir Beşiktaş tribunalarında səslənən “Pascal bizi diskoya apar” şüarı barədə danışıb. O, jurnalistlərə açıqlamasında “Artıq disko günləri bitib, doğrudan da yaşlanmışıq. Evdən işə, işdən evə gedirəm. Bizdən keçib bunlar” deyə bildirib. Keçmiş Beşiktaş oyunçusu ətrafını əhatə edən pərəstişkarlarını da kənar etməyərək, hər biri ilə tək-tək xatirə şəkli çəkdirib.

    24 saat

  • Survivor Almeda Baylan boşanmağa qərar verdi

    Survivor Almeda Baylan boşanmağa qərar verdi

    Almeda Baylan Evliliyinə Son Qoydu

    Survivor yarışması ilə tanınan Almeda Baylan həyat yoldaşı Ercan Baylan ilə yollarını ayırmaq qərarına gəldiyini açıqlayıb. Bu xəbər Almedanın şəxsi İnstaqram səhifəsindən verdiyi bəyanatla ictimaiyyətə çatdırılıb və cütlüyün boşanma iddiası ilə məhkəməyə müraciət edəcəyi bildirilib.

    Şou Həyatı və Şəxsi Qərarları

    Qeyd edək ki, “Survivor 2025” mövsümünün ən çox müzakirə olunan iştirakçılarından biri olan Almeda Baylan, yarışma zamanı komanda yoldaşlarına qarşı fiziki zorakılıq tətbiq etdiyi üçün diskvalifikasiya edilmişdi. Yarışmadan sonra estetik əməliyyatlar etdirən və bikini fotosu ilə diqqət çəkən Baylan, musiqi dünyasına qədəm qoyacağını da elan etmişdi. O, bu barədə verdiyi açıqlamada “Yeni mahnılar, yeni vloglar, möhtəşəm layihələrlə gəlirəm. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Hər yerdə olacağam” sözlərini söyləmişdi. Lakin son günlər estetik əməliyyatları ilə gündəmdə olan Almeda, şəxsi həyatında baş verən bu əhəmiyyətli dəyişikliklə yenidən mətbuatın diqqət mərkəzinə düşüb.

    O, verdiyi bəyanatda “Ercan ilə evliliyim bu andan etibarən başa çatmışdır. Sabah vəkilimlə birlikdə lazımi açıqlamanı verəcəyik. Sabah boşanma iddiası qaldırılacaq. Təşəkkürlər” deyib. Almeda açıqlamasında “Belə bitməsini istəməzdim” sözlərini də əlavə edib.

    24 saat