Göy üzündən düşən naməlum obyekt narahatlıq yaratdı
Təxminən 1.7 metr uzunluğunda və 1.2 metr diametrində olduğu müəyyən edilən, karbon lifindən hazırlanmış bir naməlum obyekt yerli bir fermaya düşüb. Bu cismin hansı məqsədlə istifadə edildiyi hələlik bəlli deyil. Onun bir ucunda maye və ya qaz axınını tənzimləməyə xidmət edən bir mexanizm, digər ucunda isə 40 santimetrlik bir dəlik mövcuddur. Obyektin üzərində sıra nömrəsinin yazıldığı da qeydə alınıb.
Şahidlər: “Göydən sürətlə yerə düşdü”
Hadisəni görən şahidlər, obyektin göydən böyük bir sürətlə yerə düşdüyünü bildiriblər. Ferma sahibi Ramon Rikardo Qonzalesin xəbər verməsi ilə əraziyə polis, yanğınsöndürmə və partlayıcı maddələr üzrə mütəxəssis qrupları göndərilib. Aparılan ilkin araşdırmalar nəticəsində cismin tərkibində heç bir partlayıcı və ya alışqan maddə olmadığı müəyyənləşib. Təhlükəsizliyi təmin etmək üçün 30 metrlik qoruma zonası yaradılıb.
Kosmik tullantı ehtimalı
Rəsmilər cismin mahiyyəti barədə dəqiq məlumat verə bilməyiblər. Lakin ilkin qiymətləndirmələrə görə, bu nəhəng hissənin bir kosmik missiya zamanı orbitdən ayrılmış bir kosmik tullantı ola biləcəyi ehtimalı üzərində dayanılır. Bir astronom cismin “kompozit örtüklü təzyiq qabı” ola biləcəyini qeyd edərək, “Heç kim üçün təhlükə yoxdur… Əlbəttə ki, üzərinə düşməyibsə” ifadələrini işlədib.