) istifadə etməmək tövsiyə olunur. #TomahawkFüzeləri - admin

Tag: #TomahawkFüzeləri

  • Putin raket qorxusuyla masaya döndü: Zərər görən yenə Ukrayna oldu

    Putin raket qorxusuyla masaya döndü: Zərər görən yenə Ukrayna oldu

    ABŞ Prezidenti Donald Tramp bu gün Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə ABŞ istehsalı Tomahawk raketlərinin tədarükünü müzakirə etmək üçün görüşəcək.

    ABŞ Prezidenti raketləri Ukraynaya çatdırmağa hazır idi. Üç ildir davam edən amansız müharibədə onların necə istifadə olunacağı, hansı əsgərlərin raketlərdən məsul olacağı və hansı hədəfləri vuracağı müzakirə ediləcəkdi. Trampın sözlərinə görə, Ukrayna “bəlkə də minlərlə” belə raket alacaqdı.

    Lakin bu görüşdən əvvəl Trampın telefonu qəfildən çaldı. Xəttin digər ucunda Rusiya Prezidenti Vladimir Putin vardı. Trampın bildirdiyinə görə, Putin ABŞ Prezidentini Ukraynaya bu raketləri verməmək üçün əlindən gələni etməyə çalışdı.

    Danışıqlar qabiliyyəti ilə tanınan Tramp Putini asanlıqla yola vermədi. İki lider, aylar əvvəl uğursuzluğa uğrayan sülh danışıqlarını davam etdirmək üçün Macarıstanda görüşmək barədə razılığa gəldilər.

    Nəticədə Putinin həqiqətən də qorxduğu anlaşılan Tomahawk raketləri, sülhə yanaşmayan Rusiya Prezidentini yenidən danışıq masasına oturtdü. İndi sual budur: Zelenski bu gün raketlərini ala biləcəkmi?

    Putin Trampın Ticarət Həssasiyyətini Hədəf Aldı

    Ukrayna dövlət başçısı Volodimir Zelenski ABŞ-dan yeni hərbi dəstək gözləyirdi. Xüsusilə uzun mənzilli Tomahawk raketlərinin tədarükünə icazə veriləcəyinə ümid edirdi.

    Trampın son dövrlərdə Putinə qarşı səbrini itirdiyi aydın idi. Hətta Trampın özü də Putindən daim şikayətlənirdi.

    Lakin Tramp və Putinin iki yarım saat davam edən telefon danışığı bu gözləntilərə kölgə saldı.

    Kreml görüşün Rusiyanın tələbi ilə baş tutduğunu açıqladı. Bildirildi ki, danışıqlarda Tomahawk raketləri mövzusu müzakirə edilib və Putin bu silahların yerləşdirilməsini “ciddi təxribat” kimi qiymətləndirib.

    İki lider, sülh təmin olunduğu təqdirdə, ardınca həyata keçiriləcək ticarətin “böyük imkanlar” yaradacağını qeyd etdi və iki həftə ərzində Macarıstanda zirvə görüşü keçirmək barədə razılaşdı. Nəticədə yenə də Ukrayna çətin vəziyyətdə qaldı.

    Zelenski: “Rusiya Çaxnaşma İçindədir”

    Zelenski Vaşinqtona çatanda əzmli mövqe nümayiş etdirdi. Sosial media paylaşımında o, “Rusiya dialoqu yeniləməyə çalışır, çünki Tomahawk raketlərindən qorxur” deyə yazdı.

    Lakin Trampın raketləri təsdiqləmək istəyi əvvəlkindən daha qeyri-müəyyən vəziyyətə düşüb.

    Ukrayna xalqı müharibənin dördüncü qışına qədəm qoyarkən, Trampın Yaxın Şərqdəki diplomatik uğurlarını Ukrayna sülhünə çevirə biləcəyinə dair inam zəifdir.

    Putinlə keçirilən hər yeni görüş Trampın sərt addımlardan uzaqlaşdığı kimi şərh olunur. Kiyev üçün hələlik ümid deyil, yalnız narahatlıq qalıb.

    24 saat

  • Raket təhdidi: Putinin sabahkı kritik görüşü

    Raket təhdidi: Putinin sabahkı kritik görüşü

    ABŞ prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski sabah ABŞ istehsalı olan Tomahawk raketlərinin ölkəyə satışını müzakirə edəcəklər. Görüşdə bu silahların istifadəsi və tədarük mərhələləri də danışılacaq.

    Rusiya Prezidenti Vladimir Putinin müharibədəki ən böyük narahatlığına çevrilən bu silahlar, Moskvada dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir.

    Rusiya bu zərbə vasitələrini havada vura biləcəyini iddia edir. Lakin Kiyevin öz istehsalı olan raketlər və PUA-lar tərəfindən həyata keçirilən hücumların qarşısı alına bilmədiyi kimi, ölkədə neft böhranına da səbəb olub.

    Tramp bildirib: “Tomahawk inanılmaz, çox aqressiv bir silahdır. Düzünü desək, Rusiyanı çox narahat edəcək.”

    PUTİNİN HƏDƏFİNDƏ OLAN RAKETLƏR

    Tomahawk raketləri 1970-ci illərdə inkişaf etdirilib. “Aşağı sürətli qanadlı raket” kimi tanınan bu döyüş sursatlarının döyüş başlığının çəkisi təxminən 450 kiloqramdır. Bu o deməkdir ki, onlar demək olar ki, yarım ton partlayıcı maddə çatdıra bilirlər.

    ABŞ ordusu bu silahları “yüksək dəyərli hədəfləri” vurmaq üçün istifadə edir. Belə ki, neft emalı zavodları, silah anbarları, körpülər və elektrik stansiyaları bu zərbə vasitələrinin əsas hədəfləridir.

    Vahid qiyməti təxminən 1.7 milyon dollar olan bu raketlərin mənzili 2500 kilometrə qədərdir. Bu əhatə dairəsi, ölkədə mövcud olan ATACMS raketlərindən qat-qat uzaq məsafələri əhatə edir. Moskvaya və onun hüdudlarından kənara asanlıqla zərbə endirə bilirlər.

    Bu silahlar adətən gəmi və ya sualtı qayıqlardan atılır. Lakin quru ilə bağlı Ukrayna-Rusiya cəbhələrində onlar qurudan atılacaq. Bu raketlərə uyğun xüsusi buraxılış qurğuları da göndəriləcək.

    KİYEVƏ NEÇƏ RAKET VERİLƏCƏK?

    ABŞ, bu silahları NATO-ya üzv Avropa ölkələri vasitəsilə Kiyevə çatdıracaq, lakin neçəsinin veriləcəyi bəlli deyil.

    Pentaqon ehtiyatlarının tükənməsi məlumdur. Mütəxəssislər bu barədə fikir ayrılığındadırlar.

    Jim Taunsend qeyd edib: “Bunları Pentaqon daxilində hazırda müzakirə edirlər.” Ölkəyə təxminən 20-50 raketin göndəriləcəyi ehtimal olunur.

    Lakin bəzi keçmiş rəsmilər yüzlərlə raketin verilə biləcəyini söyləyirlər. Tramp isə “Bizdə çoxlu Tomahawk var. Kiyev istəyir. Argentina da istəyirmi? Verə bilərik” deyib.

    PUTİNİN ZİDDİYYƏTLİ BƏYANATLARI

    Rusiya isə bu silahların tədarükünü ABŞ-ın müharibəyə birbaşa qoşulması kimi qiymətləndirir. Rusiya rəsmiləri onların ABŞ hərbçiləri tərəfindən idarə olunacağını iddia edir və bu hərbçilərin Rusiyanın hədəfində olacağını bildirirlər.

    Bununla yanaşı, Rusiya bu tipli raketləri havada vura biləcəyini təkrarlayır. Halbuki, Ukraynanın raket və PUA hücumları nəticəsində Rusiyanın enerji sektorunda böyük ziyanlar yaranıb.

    Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, ABŞ-ın Tomahawk qanadlı raketlərini Ukraynaya verməsi halında, bunun hər kəs, xüsusən də ABŞ prezidenti Donald Tramp üçün pis nəticələri ola bilər.

    Putin isə Tomahawkların tədarükünü “müharibədə yeni bir mərhələ” kimi qiymətləndirsə də, ziddiyyətli şəkildə “onların müharibədə böyük bir təsir yaratmayacağını” söyləyir.

    Dünyanın diqqəti ən çox Rusiyanın üzərində olmaqla, sabahkı görüşə yönəlib. NATO, Rusiya və Ukrayna üçün cümə kritik bir gün olacaq.

    24 saat

  • Rusiya-ABŞ Tomahawk gərginliyi dərinləşir

    Rusiya-ABŞ Tomahawk gərginliyi dərinləşir

    Trampın Putinə Xəbərdarlığı: Ukraynaya Tomahawk Raketləri Göndərmək Təhdidi

    ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün görüşündə, “Əgər müharibə həll olunmazsa, Ukraynaya Tomahawk raketləri göndərəcəyəm” deyə biləcəyini bəyan edib. İsrailə uçarkən təyyarədə Putinlə bu məsələni şəxsən müzakirə edib-etməyəcəyi barədə suala cavabında Tramp, bu xəbərdarlığı edə biləcəyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçən şənbə keçirdiyi telefon danışığında Tomahawk raketləri tələb etdiyini də sözlərinə əlavə edib.

    Moskvanın Narahatlığı və Zelenskinin Gələcək Görüşü

    Moskva isə, Vaşinqtonun Ukraynaya Tomahawk qanadlı raketləri göndərmə ehtimalına qarşı ciddi narahatlığını ifadə edib. Kremlin sözçüsü Dmitri Peskov, raketlərin yüksək mənzili və nüvə başlığı daşıma potensialı səbəbindən Rusiyanın hərbi və siyasi risklər hiss etdiyini bildirib. Bu hadisələrin fonunda, Zelenski Trampla oktyabrın 17-si, cümə günü Vaşinqtonda bir araya gələcəyini qeyd edərək, “Düşünürəm ki, Prezidentə təklif etmək istədiyim addımları müzakirə etməliyik” söyləyib. Bu görüşdə geosiyasi vəziyyətin və Ukrayna müharibəsinin gələcəyinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

    24 saat