Tag: #Tottenham

  • Qalatasaray Bissouma ilə razılaşdı

    Qalatasaray Bissouma ilə razılaşdı

    Transfer Cəbhəsində Sensasiya: Galatasaray Ulduz Futbolçu ilə Anlaşdı!

    Galatasaray futbol komandası, yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını sürətləndirir. Klub rəhbərliyi, orta sahə mövqeyi üçün gözlənilməz bir addım ataraq, tanınmış futbolçu ilə şəxsi şərtlərdə razılığa gəlib.

    Bissouma ilə Şəxsi Razılıq Əldə Olundu

    Fransa mətbuatının aparıcı idman nəşrlərindən olan RMC Sports və İngiltərədən Telegraphın yaydığı məlumatlara əsasən, Galatasaray idarə heyəti, İngiltərənin Tottenham klubunda çıxış edən Yves Bissouma ilə şəxsi müqavilə şərtlərində anlaşıb.

    Məlumatda qeyd olunur ki, 28 yaşlı maliyalı futbolçunun transferi üçün Galatasaray və İngilis klubu arasında danışıqlar son mərhələdədir. “Sarı-qırmızılar”ın yaxın zamanlarda rəsmi addımlar atacağı gözlənilir.

    Bissouma Daha Əvvəl “Fənərbaxça” ilə də Anılırdı

    Yves Bissouma adı, yay transfer dövründə digər bir Türkiyə Super Liqası devi Fənərbaxça ilə də hallanmışdı. Galatasarayın Yves Bissouma transferi ilə bağlı Tottenhamla apardığı danışıqların icarə və satın alma opsiyonu şəklində olduğu bildirilir.

    Milli Komanda Yoldaşının Transferini Təbrik Etmişdi

    Fənərbaxçanın transfer siyahısında yer alan Tottenhamın maliyalı futbolçusu Yves Bissouma, milli komandadan olan yoldaşı Nenenin Fənərbaxçaya keçidini təbrik etmişdi.

    28 yaşlı futbolçu, Fənərbaxçanın Nene transferini elan etdiyi fotoşəkili öz hesabında paylaşaraq, “Uğurlar, sənin üçün ən yaxşısını arzulayıram” sözlərini yazmışdı.

    Ötən Mövsümdəki Performansı

    Bissouma, 2024/25 mövsümündə Tottenham formasıyla bütün yarışlarda 44 oyuna çıxıb, 2 qol vurub. O, İngilis klubu ilə UEFA Avropa Liqası çempionluğu da yaşayıb.

    24 saat

  • Qapıçı səhvi “Mançester Siti”yə baha başa gəldi

    Qapıçı səhvi “Mançester Siti”yə baha başa gəldi

    Manchester Siti-nin yeni transferi James Trafford Etihad stadionundakı karyerasına uğursuz bir başlanğıc etdi.

    Traffordun qırmızı kartdan xilas olması

    Premyer Liqanın ikinci həftəsində öz meydanında Tottenhemi qəbul edən Manchester Siti-də yeni qapıçı Trafford səhvləri ilə ilk yarıya damğa vurdu. Komandaya qoşulduqdan bir həftə sonra ilk dəfə start heyətində meydana çıxan 22 yaşlı ingilis qapıçı, xüsusilə də buraxdığı ikinci qoldakı səhvi ilə tənqid hədəfinə çevrildi. Qarşılaşmanın 39-cu dəqiqəsində Tottenham 1-0 öndə olarkən, sürətli hücum zamanı qapısını tərk edən Trafford çox riskli bir müdaxilə etdi.

    James Trafford-un topu əldən çıxararaq rəqibi Kudusu sinəsinə dizlə vurması və cərimə meydançasının xaricində əli ilə topu uzaqlaşdırması nəticəsində qırmızı kart alacağı gözlənilirdi, lakin bəxti gətirdi. VAR müdaxilə etmədi və Trafford oyunda qaldı.

    VAR

    Fasiləyə getməmiş kobud səhv

    45+2-ci dəqiqədə bir daha səhvi ilə diqqət mərkəzinə düşən Trafford öz cərimə meydançasında yoldaşına ötürmə vermək istəyərkən, edilən təzyiq nəticəsində topu Tottenhemə hədiyyə etdi. Hücumun davamında topu uzaqlaşdırmağa çalışsa da, faydası olmadı və Tottenhem bu qolla soyunma otağına 2-0 üstünlüklə yollandı.

    Buraxdığı 2 qol və yeni transfer Trafford-un ardıcıl olaraq etdiyi məntiqsiz səhvlərlə məyus olan Manchester Siti azarkeşləri etirazlarını bildirdilər.

    Keçən həftə Trafford, Bernlidən 31 milyon funt sterlinqlik bir razılaşma ilə Sitiyə transfer olduqdan sonra ilk dəfə forma geydiyi oyunda qapısını toxunulmaz saxlamışdı. Siti, bu oyunda Vulverhemptonu 4-0 məğlub etmişdi.

    Ederson ehtiyatda qaldı

    Siti formasıyla 372 oyuna çıxan ilk qapıçı Ederson, son 8 mövsümdür Qvardiolanın komandasının əsas oyunçularından biri olarkən Tottenham qarşısında ehtiyat oyunçular skamyasında oturdu.

    Braziliyalı oyunçunun müqaviləsinin bitməsinə bir ildən az bir müddət qalmış, komandadan ayrılması istiqamətində güclü iddialar ortaya atıldı və adı uzun bir müddətdir Qalatasaray ilə hallanır.

    24 saat

  • Futbolda ilk dəfə 8 saniyə qaydası tətbiq olundu

    Futbolda ilk dəfə 8 saniyə qaydası tətbiq olundu

    İngiltərə Premyer Liqasında yeni qayda ilk sınağından keçdi.

    Dubravkanın səhvi kornerlə nəticələndi

    İngiltərə Premyer Liqasının açılış turunda “Tottenhem” və “Börnli” komandaları üz-üzə gəlib. “Tottenhem Hotspur” stadionunda baş tutan qarşılaşmanın 4-cü dəqiqəsində “Börnli”nin qapıçısı Dubravka topu əlində 8 saniyədən artıq saxlayıb. Futbol qaydaları üzrə beynəlxalq şuranın (IFAB) açıqladığı yeni qaydaya əsasən, qapıçılar topu əlində 8 saniyədən artıq saxladıqda rəqib komanda korner zərbəsi qazanır. Dubravkanın bu səhvi ilə yeni qayda Premyer Liqada ilk dəfə tətbiq edildi və “Tottenhem” korner vuruşu hüququ əldə etdi.

    Yeni qayda nə deyir?

    IFAB-ın rəsmi saytında yayımlanan məlumata görə, bundan sonra qapıçı topu əlində maksimum 8 saniyə saxlaya bilər. Əgər qapıçı topu 8 saniyədən çox saxlayarsa, rəqib komanda korner zərbəsi qazanacaq. Əvvəlki qaydada rəqib komandaya dolayı cərimə zərbəsi verilməzdən əvvəl qapıçının topu buraxması üçün 6 saniyəsi var idi, lakin bu qayda hakimlər tərəfindən nadir hallarda tətbiq edilirdi.

    24 saat

  • Heung Min Son ayrılma qərarı aldı, yeni klubu bəlli oldu

    Heung Min Son ayrılma qərarı aldı, yeni klubu bəlli oldu

    Heun Min Son “Tottenhem”dən ayrılır

    Transfer mövsümünün əvvəlində adı tez-tez “Fənərbaxça” ilə hallanan Cənubi Koreyalı futbolçu Heun Min Son, “Tottenhem”dən ayrılmaq qərarına gəlib.

    10 il sonra İngiltərə Premyer Liqa təmsilçisi ilə yollarını ayıracaq Sonun yeni klubu da müəyyənləşir.

    MLS yolçusu

    Cənubi Koreyada “Nyukasl Yunayted” ilə oynanılacaq hazırlıq matçı öncəsi mətbuat konfransında kluba vida edəcəyini açıqlayan ulduz futbolçu “Şimali Londona gəldiyimdə 23 yaşında ingilis dilində belə danışa bilməyən gənc bir uşaq idim. Bu klubdan yetkin bir insan olaraq ayrılmaq mənim üçün həqiqətən çox qürurverici bir andır. Bu, həyatımda verdiyim ən çətin qərarlardan biri idi” ifadələrini işlədib.

    Heun Min Son, MLS klubu “Los Anceles FK”ya transfer olmağa çox yaxındır. “Tottenhem” karyerasında 454 matçda iştirak edən Cənubi Koreyalı futbolçu, 173 qol və 101 asistə imza atıb.

    24 saat

  • Fənərbaxça: Növbə Roma’nındır

    Fənərbaxça: Növbə Roma’nındır

    Fənərbaxçanın Növbəti Transfer Hədəfi: Yves Bissouma

    “Fənərbaxçanın iki əsas məqsədi var: Tottenhemin dayaq yarımmüdafiəçisi Yves Bissoumanın “Roma”ya keçməsinin qarşısını almaq və onu münasib qiymətə öz heyətinə qatmaq. Klub bu transferi böyük önəmlə dəyərləndirir.

    Strateji Addımlar və Muzzi Özcanın Rolu

    Sarı-göylər, Con Duran üçün “Mançester Yunayted”, Asensio üçün “İnter” və Arçi Braun üçün “Milan” ilə apardıqları mübarizələrdə transfer proseslərini necə effektiv idarə etdiklərini sübut ediblər. “Tottenham” ilə yaxın əlaqələri olan Muzzi Özcan bu kritik keçidi tamamlamaq üçün sədr Ali Koçdan tam səlahiyyət alıb.

    Transferin Maliyyə Detalları

    2026-cı ildə müqaviləsi başa çatacaq futbolçu üçün İngiltərə klubu 20 milyon avro tələb etsə də, “Fənərbaxça” 10 milyon avro transfer haqqı təklif edib. Bissoumanın özünə isə 8 milyon avrodan başlayan 3 illik müqavilə irəli sürülüb. Bu danışıqların müvəffəqiyyəti Tottenham rəhbərliyinin qərarından asılı olacaq.

    24 saat