Trabzonspor – Eyüpspor qarşılaşmasında dəhşətli zədə
Türkiyə Super Liqasının 10-cu turunda Trabzonspor, İkas Eyüpspor ilə üz-üzə gəlib.
Lukas Klaronun ağır zədəsi oyuna kölgə saldı
Görüşün ilk yarısında xoşagəlməz bir hadisə baş verib. Matçın 27-ci dəqiqəsində cərimə meydançasına daxil olan Eyüpsporun ulduz futbolçusu Lukas Klaro zədə alıb. Qəflətən yerə yıxılan və ağrıdan qıvranan Klaronun vəziyyətini görən digər oyunçular şoka düşüblər.
Ayaq biləyində sınıq olan Klaroya ilk tibbi yardım Trabzonsporun həkimləri tərəfindən göstərilib və o, meydandan kənara çıxarılıb. Komanda yoldaşlarının reaksiyası izləyiciləri təsirləndirib, hər iki komandanın oyunçuları emosional anlar yaşayıblar. Meydanda olanların Klaronun biləyinə baxmağa ürəkləri tab gətirməyib.
Klubdan rəsmi açıqlama
Eyüpspor klubunun yaydığı məlumata görə, Luccas Klaronun ayaq biləyi bağları qırılıb, oynağında yarı çıxıq aşkarlanıb və fibula sümüyündə sınıq qeydə alınıb.
Trabzonsporun dəstək mesajı
Baş verən bu dəhşətli zədə ilə bağlı kədərini bölüşən Trabzonspor klubu sosial media hesabında bu sözləri qeyd edib: “Komandamızın İkas Eyüpspor ilə oynadığı qarşılaşmanın 27-ci dəqiqəsində bədbəxt bir zədə alan Luccas Klaroya tezliklə sağalmasını arzu edirik.
Klaroya şəfa diləyir, ən qısa zamanda sağlığına qovuşmasını ümid edirik”.








