) istifadə etməmək tövsiyə olunur. Türkiye Futbol Federasyonu - admin

Tag: Türkiye Futbol Federasyonu

  • Bahis qalmaqalında yeni təyinat mübahisəyə səbəb oldu

    Bahis qalmaqalında yeni təyinat mübahisəyə səbəb oldu

    Futbol hakimləri arasında bahis qalmaqalı: HakimlərSuper Liqada matç idarə edərkən…

    Türkiyə Futbol Federasiyasının rəhbəri İbrahim Hacıosmanoğlu oktyabrın 27-si, bazar ertəsi günü keçirdiyi toplantıda yüksək dərəcəli və dərəcəli hakimlərin bahis saytlarına üzv olduğunu və aktiv şəkildə bahis oynadığını açıqlamışdı.

    Bu açıqlamalar Türkiyə futbolunda şok effekti yaratdı və İstanbul Respublika Baş Prokurorluğu məsələyə müdaxilə etdi. Daha sonra TFF, bahis qalmaqalında adı keçən və bahis oynadığı təsbit edilən 152 hakimi bir-bir açıqladı. Bu siyahı Türkiyə gündəmini zəbt etdikdən sonra, bahis oynanılan matçların adları da məlum olmağa başladı.

    Vəzifədən alınmadı, fit çaldı

    Lakin toplantının keçirildiyi 27 oktyabr tarixi mübahisələrin alovlanmasına səbəb oldu. TFF rəhbəri Hacıosmanoğlu mətbuat nümayəndələrinə toplantı dəvətnaməsini oktyabrın 24-ü, cümə günü göndərmişdi. Oktyabrın 23-ü, cümə axşamı günü Super Liqadakı hakim təyinatları aparılarkən, bahis oynadığı təsbit edilən Zorbay Küçükün Trabzonspor-Eyüpspor matçının orta hakimi olaraq təyin edilməsi diqqət çəkdi.

    Adı bahis qalmaqalında keçən Zorbay Küçükün vəzifəsinin dayandırılmaması və Super Liqada matç idarə etməsi suallar doğurdu.

    TFF rəhbəri Hacıosmanoğlunun bahis qalmaqalına qarışan hakimlərin siyahısını bilib-bilmədiyi ilə bağlı mübahisələr davam edərkən, “bildiyi ssenari”də Zorbay Küçükün vəzifə almasının etik olmadığı, “bilmədiyi ssenari”də isə toplantı tarixinin qalmaqala qarışan şəxslərə vaxt qazandıra biləcəyi istiqamətində reaksiyalar yüksəldi.

    24 saat

  • Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları müəyyənləşdi

    Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları müəyyənləşdi

    İstanbulda Ziraat Türkiye Kupası 3-cü Eleme Turunun püşkatma mərasimi keçirilib.

    Türkiyə Futbol Federasiyasının (TFF) Riva Hasan Doğan Milli Komandalar Kamp və Təlim Təsislərindəki Orhan Saka Konfrans Salonunda baş tutan püşkatma mərasiminə TFF 1-ci vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü, Türkiyə milli komandası və Super Liqadan məsul İdarə Heyətinin üzvü Mecnun Otyakmaz, Strateji Planlaşdırma və İnkişafdan Məsul İdarə Heyətinin üzvü Mövlud Aktan, 2-ci və 3-cü Liqa Klublarından Məsul İdarə Heyətinin üzvü Murat Şahin, İdarə Heyətinin üzvü Fazlı Çilingir, İdman İşləri üzrə Baş Katibin müavini Özcan Şepik, Ziraat Bankı rəsmiləri və klub təmsilçiləri qatılıblar.

    Püşkatma mərasimi öncəsi açıqlama verən Mecnun Otyakmaz, bunları qeyd edib:

    “Bu il 64-cü dəfə təşkil etdiyimiz Ziraat Türkiye Kupasında qrup mərhələsinə addım-addım yaxınlaşırıq. Türkiyə Kuboku, meydandakı rəqabətlə yanaşı, həmrəylik, qardaşlıq və fair-play ruhunu da özündə ehtiva edir. Kubokda, həvəskardan peşəkara qədər hər oyunçumuz eyni həyəcanı yaşayır. Gənclərimizə ilham olan Ziraat Türkiye Kuboku, futbol həvəskarı ölkəmizin hər yerindən komandaları eyni təşkilatda bir araya gətirir. Futbolumuzun birləşdirici gücünə nümunə olan kubokumuz, bütün liqalarımızdakı komandalara da yer verərək əhatəliliyini göstərmiş olur. Bildiyiniz kimi daha əvvəl püşkün regional olması tələbi var idi. Bundan əvvəlki iki turda siz dəyərli klublarımızın bu tələblərini yerinə yetirmə fürsəti tapdıq. Ancaq bu turdan etibarən hər hansı bir ədalətsizlik olmaması düşüncəsi ilə püşkatmanı artıq ümummilli səviyyədə edəcəyik.”

    Kubokda 3-cü tur eleme matçları tək oyunluq sistemlə 28, 29 və 30 oktyabrda keçiriləcək.

    Ziraat Türkiye Kupası 3-cü tur cütlükləri

    Ziraat Türkiye Kupasında 3-cü eleme turu cütlükləri bu şəkildə formalaşıb:

    TÜMOSAN Konyaspor – 12 Bingölspor

    Esenler Erokspor – Ağrı 1970 SK

    Orduspor 1967 – Merkür Jet Erbaaspor

    Fatsa Belediyespor – İmaj Altyapı Vanspor FK

    Beykoz Anadoluspor – Yalova FK 77

    Astor Enerji Çankaya SK – KCT 1461 Trabzon FK

    Kepezspor – Özbelsan Sivasspor

    Erciyes 38 Futbol SK – Emre Gökdemir İnşaat Ankara Keçiörengücü

    Arca Çorum FK – Kütahyaspor

    Kahramanmaraşspor – Eminevim Ümraniyespor

    52 Orduspor FK – SMS Grup Sarıyer

    Bursa Yıldırımspor – Corendon Alanyaspor

    Zonguldakspor FK – Sipay Bodrum FK

    Hesap.com Antalyaspor – Bursaspor

    Karacabey Belediyespor – Malatya Yeşilyurt SK

    Muşspor – Menemen FK

    Silifke Belediyespor – Amed Sportif Faaliyetler

    Zecorner Kayserispor – Niğde Belediyesispor

    1926 Bulancakspor – Alagöz Holding Iğdır FK

    Atko Grup Pendikspor – Çorluspor 1947

    Karaköprü Belediyespor – Çaykur Rizespor

    Gaziantep FK – Karabük İdmanyurdu

    Dersimspor – Fethiyespor

    Sakaryaspor – Sultan Su İnegölspor

    Aliağa Futbol – Serikspor

    Isbaş Isparta 32 SK – Beyoğlu Yeni Çarşı Spor Faaliyetleri

    Manisa FK – Muğlaspor

    Kahta 02 – Kasımpaşa

    24 saat