Tag: #TürkiyeBasketbolFederasyonu

  • Qalatasaraya pul cəzası verildi

    Qalatasaraya pul cəzası verildi

    Oyun zamanı baş verən xoşagəlməz hallara görə

    ## Basketbol klubuna cərimə tətbiq edilib

    Türkiyə Basketbol Federasiyası (TBF) Qalatasaray klubunu cərimələyib.

    ## Klubun cərimələnməsinin səbəbi

    TBF Disiplin Qurulunun qərarına əsasən, Türkiyə Sığorta Basketbol Super Liqasının 2-ci həftəsində, oktyabrın 3-də baş tutan “Qalatasaray MCT Technic” – “TOFAŞ” görüşündə azarkeşlərin yaratdığı xoşagəlməz və pis davranışlar cəriməyə səbəb olub.

    ## Tətbiq edilən cərimənin məbləği açıqlanıb

    Bu səbəbdən Qalatasaray idman klubuna 90 min lirə məbləğində pul cəriməsi tətbiq olunub. Federasiya bu qərarı rəsmi internet səhifəsində yayımlayıb.

    24 saat