Tag: #VərəsəlikMübarizəsi

  • Milyarder ailənin miras mübahisəsi bitdi: Nəhəng media imperiyasının başına keçdi

    Milyarder ailənin miras mübahisəsi bitdi: Nəhəng media imperiyasının başına keçdi

    Rupert Murdochun illərdir davam edən vərəsəlik mübahisəsi ailə daxili razılaşma ilə başa çatdı. Amerikanın ən mühüm nəşr orqanlarını idarə edən media imperiyasının nəzarəti Murdochun oğlu Laklan Murdoça keçdi.

    Ailədən verilən açıqlamaya görə, 94 yaşlı Rupert Murdochun vəfatından sonra media qrupunun rəhbərliyi birbaşa Laklan Murdoça veriləcək. Bu qərarla, Rupert Murdoch ilə digər üç övladı arasında uzun müddətdir davam edən, ailəyə məxsus qəzetlər və televiziya kanallarının gələcəyi ilə bağlı fikir ayrılıqları da yekunlaşdı.

    Alınan qərardan sonra Fox News, The Wall Street Journal və The New York Post kimi Murdoch qrupuna bağlı nəşr orqanlarının mövcud mühafizəkar xəttinin Rupert Murdochdan sonra da davam edəcəyi proqnozlaşdırılır.

    MURDOCH AİLƏSİ KİMDİR?

    Dünyanın ən tanınmış media dinastiyalarından biri olan Murdoch ailəsi, kökləri Avstraliya və Böyük Britaniyaya uzanan, Amerika Birləşmiş Ştatlarında da əhəmiyyətli media aktivlərinə malik bir ailə kimi tanınır.

    Media patronluğu və sərvəti ilə seçilən ailənin bəzi üzvləri yalnız mətbuat-yayım dünyasında deyil, incəsənət, din və ordu sahələrində də diqqət çəkən şəxsiyyətlər arasında yer alıb.

    Murdoch ailəsinin hekayəsi beş nəsildir izlənir. Bu köklü soy, Avstraliyaya köç edən iki Şotland mühacirindən bu günə qədər davam edir.

    24 saat

  • Milyarder arı sancmasından öldü: Miras davası alovlandı

    Milyarder arı sancmasından öldü: Miras davası alovlandı

    Hindistan əsilli amerikalı iş adamı və Sona Comstar İdarə Heyətinin sədri Sunjay Kapur iyunun 12-də İngiltərənin Uindzor şəhərində polo matçı zamanı vəfat edib. Şahidlərin sözlərinə görə, matç əsnasında arı udan Kapur qısa müddət ərzində infarkt keçirib. Rəsmi hesabatda ölüm səbəbi ventrikulyar hipertrofiya və işemik ürək xəstəliyi olaraq açıqlanıb.

    Ailədaxili Mübahisə Başlayır

    İngiltərə şahzadəsi Uilyamın dostu olan 53 yaşlı Sunjay Kapurun qəfil vəfatı, dəyəri 2,7 milyard funt sterlinqi (təqribən 148 milyard TL) ötən avtomobil hissələri nəhəngi Sona Comstar şirkətində miras və idarəçilik məsələsində böyük bir böhranı tətiklədi. İyunun 23-də yeni sədr təyin edildikdən sonra Kapurun anası Rani Kapur, oğlunun ölümünün “şübhəli şəraitdə” baş verdiyini iddia edərək idarə heyətinə etirazını bildirdi. Rani Kapur iyulun 24-də yazdığı məktubda, şirkətin ailənin acısından istifadə edərək “mirası qəsb etməyə çalışdığını” irəli sürdü. O, həmçinin təzyiq altında sənədlər imzalamağa məcbur edildiyini və bank hesablarına girişinin əngəlləndiyini qeyd etdi.

    Şübhələr və Ailənin Dəstəyi

    Üç dəfə evlənmiş Sunjay Kapurun ikinci həyat yoldaşı, Bollivud ulduzu Karisma Kapoordan iki övladı var. Kapur üçüncü həyat yoldaşı Priya Saçdev ilə 2017-ci ildə evlənmişdi. Son hadisələrlə birlikdə bacısı Mandhira Kapur da anasının tərəfində yer aldı. Mandhira İnstaqramda anası və qardaşı ilə bir fotoşəkil paylaşaraq, “Sənin və atamızın arzusunu qoruyacağıq” mesajını verdi. Ailənin vəkili Vaibhav Qaqqar The Telegraph-a verdiyi açıqlamada, “Bütün inkişaflar müvəkkilimin dediklərini təsdiqləyir. Miras əlindən alınır və heç kim ölüm səbəbinə həqiqətən baxmır. Bu hadisənin arxasında bir sui-qəsd ola bilər” ifadələrini işlətdi.

    24 saat