Tag: #YaponiyaFutbolFederasiyası

  • Roger Schmidt yeni komandası ilə bağlı qərarını verdi

    Roger Schmidt yeni komandası ilə bağlı qərarını verdi

    Fenerbahçe’nin baş məşqçi axtarışları və Roger Schmidt sürprizi

    Roger Schmidt Fenerbahçe təklifini rədd etdi

    Fenerbahçe futbol komandasında Joze Mourinyonun ayrılığından sonra baş məşqçi postu üçün ilk namizəd kimi adı hallanan almaniyalı mütəxəssis Roger Schmidt, bu il heç bir komanda ilə işləmək istəmədiyini bildirərək “sarı-lacivərd” klubunun təklifini geri çevirmişdi.

    Karyerasında “Salzburq”, “Bayer Leverkusen”, BJ Guoan, PSV və “Benfika” kimi əhəmiyyətli komandalarda çalışan Roger Schmidt, təxminən 1,5 illik fasilədən sonra futbola qayıdıb.

    Roger Schmidt-in yeni vəzifəsi məlum oldu

    Futbola bu dəfə baş məşqçi kimi qayıtmayan almaniyalı mütəxəssisin yeni vəzifəsi də bəlli olub. Yaponiya Futbol Federasiyası (JFF) 58 yaşlı Roger Schmidt-in ölkənin ən yüksək səviyyəli liqası olan J. League-də qlobal futbol məsləhətçisi vəzifəsinə təyin edildiyini açıqlayıb.

    Yaponiya Futbol Federasiyasından verilən açıqlamada “J.League-in xarici məşqçiləri dəvət etmək üçün bir layihəyə başladığını və futbol məşqçisi Roger Schmidt ilə qlobal futbol məsləhətçisi olaraq müqavilə imzalamağa razı olduğunu bildirməkdən məmnuniyyət duyuruq” deyilib.

    24 saat