Tag: #Zəlzələlər

  • Zəlzələlərin səbəbi aydınlaşdı

    Zəlzələlərin səbəbi aydınlaşdı

    Yer kürəsinin dərinliklərində yerləşən və bir od topu olan daxili nüvə ilə bağlı olduqca maraqlı və yeni bir təfərrüat aşkar edilib. “Nature” jurnalı, Yer səthindən 5 min 100 kilometr dərinlikdəki daxili nüvənin əvvəlki kimi şərqə doğru deyil, artıq qərbə doğru fırlanmağa başladığını açıqlayıb. Üstəlik, bu fırlanmanın sürəti də əhəmiyyətli dərəcədə yavaşdır.

    Fırlanma İstiqamətindəki Dəyişikliklər və Zəlzələlər

    Bu əhəmiyyətli dəyişiklik müxtəlif dalğa növü tipləri və zəlzələlər vasitəsilə təsdiqlənib. Xüsusilə, təxminən eyni ərazidə baş verən və təkrarlanan seysmik hadisələrin nüvənin hərəkətlərini və seysmik dalğa şəkillərindəki dəyişiklikləri əks etdirdiyi bildirilir. Aparılan təhlillər üçün 1991-2023-cü illər ərzində Cənubi Sendviç Adaları ətrafında qeydə alınan 121 zəlzələ ölçülüb. Bu qiymətləndirmələr nəticəsində əks istiqamətə fırlanmanın 2008-ci ildə başladığı müəyyən edilib. Türkiyədə 1999-cu ildən sonra baş verən zəlzələlərin də bu fırlanma dəyişiklikləri ilə əlaqəli olduğu güman edilir.

    “Super Fırlanma”dan “Geri Vites”ə: Yavaşlama Sirri

    2003-2008-ci illər arasında daxili nüvə şərqə doğru “super fırlanma” adlandırılan sürətli bir hərəkət nümayiş etdirib. Daha sonra bunu qərbə doğru “subfırlanma” və ya yavaş fırlanma izləyib. Lakin bu dəfəki qərbə doğru hərəkət əvvəlkindən iki-üç dəfə daha yavaş olub. Məhz bu asimmetriya bir çox əvvəlki modelləri alt-üst edib. Əvvəlki fərziyyələr sinüs dalğası kimi müntəzəm rəqsləri nəzərdə tutsa da, hazırda baş verənləri daha mürəkkəb qüvvələrin müəyyən etdiyi məlum olub.

    Yer Kürəsi Proseslərinin Qarşılıqlı Əlaqəsi

    Manto, xarici nüvə və hətta Yer kürəsinin maqnit sahəsi belə həyatımızdakı dəyişikliklərdə mühüm rol oynayır. Tədqiqatçılar “Yer kürəsinin daxili dərinliklərindəki proseslər, səthdəki həyatımızla sıx bağlıdır” deyərək, son illərdə artan zəlzələlərin səbəbləri ilə bağlı müxtəlif fərziyyələr irəli sürüblər.

    24 saat

  • Son iki həftədə 900-dən çox zəlzələ xalqı yuxusuz qoydu

    Son iki həftədə 900-dən çox zəlzələ xalqı yuxusuz qoydu

    TOKARADA GÜCLÜ ZƏLZƏLƏ AKTİVLİYİ

    Tokara Adaları ətrafındakı dənizlərdə 21 iyundan bəri müşahidə olunan sismik aktivlik son dərəcə intensiv xarakter alıb. Çərşənbə günü qeydə alınan 5.5 bal gücündəki zəlzələdən sonra heç bir dağıntı və ya sunami təhlükəsi elan edilməsə də, rəsmilər əhalinin mümkün təxliyəyə hazır olmasını tövsiyə edib.

    ADALARDA HƏYAT TƏSİR ALTINDA

    Tokara Adalarının cəmi yeddi adasında təxminən 700 nəfər məskunlaşıb. Bəzi adalarda xəstəxana olmadığı üçün ən yaxın tibbi xidmətə çatmaq üçün altı saatlıq bərə səyahəti tələb olunur. Regionda bəzi qonaq evləri zəlzələ riski səbəbindən turist qəbulunu dayandırıb; bu obyektlərin fövqəladə hallar zamanı sığınacaq kimi istifadə edilə biləcəyi bildirilir.

    Akusekicima adasının sakini Çizuko Arikava zəlzələdən bir qədər əvvəl dənizdən gələn qəribə uğultu səsi eşitdiyini və xüsusilə gecələr bunun çox qorxuducu olduğunu deyib. Yerli əhali dərnəyinin rəhbəri İsamu Sakamoto isə bildirib ki, artıq zəlzələ olmasa belə, torpağın titrədiyini hiss edirlər və davamlı ürəkbulanmadan əziyyət çəkirlər.

    ƏNDİŞƏLƏR KEHANƏT İLƏ ARTDİ

    Bölgədə tez-tez zəlzələ yığımları müşahidə olunsa da, yerli mediaya görə, son sarsıntıların tezliyi qeyri-adidir. Toşima kəndində bəzi sakinlər yuxusuzluqdan, daimi yellənmə hissi səbəbindən yorğunluqdan şikayətlənir.

    Bu silsilə sarsıntılar Yaponiya ərazisində “böyük bir zəlzələnin yaxınlaşdığı” barədə şayiələri gücləndirib. 1999-cu ildə manqa rəssamı Ryo Tatsuki tərəfindən nəşr olunan və 2021-ci ildəki yeni buraxılışda böyük bir zəlzələnin 5 iyulda baş verəcəyini iddia edən “kehanət” isə ictimaiyyətdəki narahatlığı daha da artırıb. Bu səbəbdən bir çox turistin səyahətlərini ləğv etdiyi qeyd olunur.

    Yaponiya, Sakit Okean Alov Həlqəsi üzərində yerləşdiyi üçün ildə orta hesabla 1500 zəlzələ ilə dünyanın ən yüksək sismik aktivlik bölgələrindən biri kimi tanınır. Ölkədə 2011-ci ildə baş vermiş zəlzələ və sunami 18 mindən çox insanın həyatına son qoymuşdu. Rəsmilər, yüz ildə bir baş verə biləcək böyük bir zəlzələnin ölkədə 300 mindən çox can itkisinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, əhalinin hazır olmasının vacibliyini vurğulayır.

    24 saat