Tanınmış aktyor Bora Akkaşın qızı ilə bağlı narahatedici xəbərlər yayılıb. 2023-cü ilin fevralında Oben Alkanla ailə həyatı quran və həmin il dünyaya gələn qızları hazırda intensiv terapiya şöbəsində müalicə olunur.
Aktyorun qızı reanimasiyada
“Vəliəhd” serialındakı “Zəfər Qarslı” obrazı ilə tanınan aktyor, şəxsi həyatında da xoşbəxtlik tapmışdı. 2023-cü ildə Oben Alkanla evlənən cütlüyün həmin il dünyaya gələn körpə qızları, valideynlərinə böyük sevinc bəxş etmişdi. Lakin son günlərdə yayılan məlumatlara görə, cəmi bir neçə aylıq körpənin səhhətində ciddi problemlər yaranıb və o, hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bu xəbər sənətçi cütlüyün pərəstişkarlarını dərindən narahat edib.
Oben Alkan övladının səhhəti barədə məlumat verib
Anası Oben Alkan, sosial şəbəkə hesabından qızının səhhəti ilə bağlı açıqlama yayıb. O, balaca Suzanın sətəlcəm diaqnozu ilə müalicə olunduğunu bildirib. Alkan paylaşımında yazır: “Arayan, soruşan, dua edən, qəlbi bizim yanımızda olan hər kəsə minlərlə təşəkkür edirik. Biz yaxşıyıq. Hələ də reanimasiyadayıq. “Sabah çıxar” deyə-deyə dördüncü gecəyə gəldik, amma sabah onu adi palataya köçürəcəklər”. Bu ifadələr cütlüyün çətin anlar yaşadığını, lakin yaxşılaşmaya doğru ümidli olduqlarını göstərir.