Avstraliyanın Baş naziri Entoni Albanes bəyan edib ki, İsrail və Fələstinin dövlət statusu qalıcı şəkildə təmin edilməyincə sülh yalnız müvəqqəti ola bilər. O əlavə edib:
“Avstraliya bu xalqın öz dövlətinə sahib olmaq haqqını tanıyacaq.”
İsrailin Qəzzaya qarşı başlatdığı genişmiqyaslı əməliyyatlardan bəri Fransa, Böyük Britaniya və Kanada da daxil olmaqla bir çox dövlət Fələstinin dövlət statusunu tanıma planlarını elan edib.
Albanes Fələstin Administrasiyasından gələcəkdə qurulacaq hər hansı bir Fələstin dövlətində HƏMAS-ın rol almayacağı barədə təminat aldığını söyləyib və qeyd edib: “Bu, bir fürsət anıdır və Avstraliya bu imkanı dəyərləndirmək üçün beynəlxalq ictimaiyyətlə birlikdə çalışacaq.”

Keçən bazar günü Sidney şəhərində bu dövlətə dəstək məqsədilə keçirilən yürüşə on minlərlə insan qatılıb.
Fələstini Tanıyan Ölkələr
Fələstinin 1988-ci il noyabrın 16-da müstəqilliyini elan etməsindən dərhal sonra, elə ilk gündə Türkiyə, Bəhreyn, Əlcəzair, İndoneziya, Mərakeş, İraq, Küveyt, Liviya, Malayziya, Mavritaniya, Somali, Tunis və Yəmən onu tanıyan ilk ölkələr sırasına daxil olub.
2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 147 ölkə Fələstin Dövlətinin dövlət statusunu rəsmən tanıyıb. Bu ölkələrin böyük hissəsi Asiya, Afrika və Latın Amerası qitələrində yerləşir. Çin, Rusiya, Cənubi Afrika, Braziliya və İndoneziya kimi regional güclər tanınmada mühüm rol oynayır.
Həmçinin, Avropada İsveç (2014), Şərqi Avropa ölkələrinin əksəriyyəti və son olaraq İspaniya, Norveç, İrlandiya (2024) da bu dövləti tanıyanlar sırasına daxil olub. Tam siyahı aşağıdakı kimidir:
1988-ci ilin sonuna qədər Fələstini tanıyan ölkələr: Əfqanıstan, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Kuba, Madaqaskar, Nikaraqua, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, İordaniya, Zambiya, Albaniya, Bruney, Cibuti, Mavriki, Sudan, Qambiya, Hindistan, Misir, Nigeriya, Kipr, Çexiya, Slovakiya, Seyşel adaları, Şri Lanka, Namibiya, Belarus, Rusiya, Ukrayna, Vyetnam, Çin, Burkina Faso, Qvineya, Qvineya-Bisau, Kamboca, Komor adaları, Mali, Monqolustan, Seneqal, Macarıstan, Şimali Koreya, Niger, Rumıniya, Tanzaniya, Kabo Verde, Bolqarıstan, Maldiv adaları, Qana, Toqo, Zimbabve, Çad, Laos, Syerra Leone, Uqanda, Konqo Respublikası, Anqola, Mozambik, San-Tome və Prinsipi, Qabon, Oman, Polşa, Konqo Demokratik Respublikası, Botsvana, Nepal, Burundi, Mərkəzi Afrika Respublikası, Ruanda.
2025-ci ilin avqust ayına qədər Fələstini tanıyan ölkələr: Efiopiya (4 yanvar 1989), İran (4 fevral 1989), Benin (12 may 1989), Keniya (12 may 1989), Ekvatorial Qvineya (may 1989), Vanuatu (21 avqust 1989), Filippin (4 sentyabr 1989), Esvatini (1 iyul 1991), Qazaxıstan (6 aprel 1992), Azərbaycan (15 aprel 1992), Türkmənistan (17 aprel 1992), Gürcüstan (25 aprel 1992), Bosniya və Herseqovina (27 may 1992), Tacikistan (2 aprel 1994), Özbəkistan (25 sentyabr 1994), Papua Yeni Qvineya (4 oktyabr 1994), Cənubi Afrika (15 fevral 1995), Qırğızıstan (noyabr 1995), Malavi (23 oktyabr 1998), Şərqi Timor (1 mart 2004), Paraqvay (25 mart 2005), Monteneqro (24 iyul 2006), Kosta Rika (5 fevral 2008), Livan (30 noyabr 2008), Kot-d’İvuar (1 dekabr 2008), Venesuela (27 aprel 2009), Dominikan Respublikası (15 iyul 2009), Braziliya (1 dekabr 2010), Argentina (6 dekabr 2010), Boliviya (17 dekabr 2010), Ekvador (24 dekabr 2010), Çili (7 yanvar 2011), Qayana (13 yanvar 2011), Peru (24 yanvar 2011), Surinam (26 yanvar 2011), Uruqvay (15 mart 2011), Lesoto (3 may 2011), Cənubi Sudan (14 iyul 2011), Suriya (18 iyul 2011), Liberiya (19 iyul 2011), El Salvador (25 avqust 2011), Honduras (26 avqust 2011), Sent-Vinsent və Qrenadinlər (29 avqust 2011), Beliz (9 sentyabr 2011), Dominika (19 sentyabr 2011), Antiqua və Barbuda (22 sentyabr 2011), Qrenada (25 sentyabr 2011), İslandiya (15 noyabr 2011), Tayland (18 yanvar 2012), Qvatemala (9 aprel 2013), Haiti (27 sentyabr 2013), İsveç (30 oktyabr 2014), Sent-Lüsiya (14 sentyabr 2015), Kolumbiya (3 avqust 2018), Sent-Kits və Nevis (29 iyul 2019), Barbados (19 aprel 2024), Yamayka (22 aprel 2024), Trinidad və Tobaqo (2 may 2024), Baham adaları (7 may 2024), İrlandiya (28 may 2024), İspaniya (28 may 2024), Norveç (28 may 2024), Sloveniya (4 iyun 2024), Ermənistan (21 iyun 2024), Meksika (5 fevral 2025)
Fələstini Tanımayan Ölkələr
Hazırda bu dövləti tanımayan ölkələr arasında ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və Avstraliya kimi dövlətlər yer alır. Bu ölkələr adətən Fələstinin dövlət statusunun İsraillə birbaşa danışıqlar yolu ilə müəyyən edilməli olduğunu müdafiə edir. Məsələn, ABŞ 2024-cü ilin aprelində BMT Təhlükəsizlik Şurasında onun tam üzvlüyünə veto qoyaraq, “iki dövlətli həllin danışıqlar yolu ilə əldə edilməsi gərəkdiyini” vurğulayıb. Almaniya da oxşar mövqedən çıxış edərək, bu dövləti tanımaq üçün iki tərəf arasında razılaşdırılmış bir müqaviləni şərt qoyur.
Fələstini tanımayan ölkələrin tam siyahısı: Almaniya, Amerika Birləşmiş Ştatları, Andorra, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Danimarka, Eritreya, Estoniya, Fici, Finlandiya, Cənubi Koreya, Xorvatiya, Hollandiya, İsrail, İsveçrə, İtaliya, Yaponiya, Kamerun, Kanada, Kiribati, Şimali Makedoniya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Marşall Adaları, Mikroneziya, Moldova, Monako, Myanma, Nauru, Palau, Panama, Portuqaliya, Samoa, San Marino, Sinqapur, Solomon Adaları, Tonqa, Tuvalu, Yeni Zelandiya, Yunanıstan.
Sentyabrda Tanımaya Hazırlaşan 6 Ölkə
2025-ci ilin sentyabrında keçiriləcək BMT Baş Assambleyası onun tanınma prosesində önəmli bir dönüm nöqtəsi ola bilər. Fransa 2025-ci il iyulun 24-də bu dövlətin dövlət statusunu tanıyacağını elan edib və bu qərarın BMT Baş Assambleyasında rəsmən açıqlanacağı bildirilib.
Böyük Britaniya da Fələstinin dövlət statusunu tanımağa hazırlaşır. Baş nazir Keir Starmer 2025-ci il iyulun 29-da verdiyi açıqlamada, İsrailin Qəzzadakı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün hərtərəfli addımlar atmayacağı təqdirdə, sentyabrda bunu edəcəklərini bildirib. Bundan əlavə, Malta və Sloveniya da “uyğun şərtlər yarandıqda” Fələstini tanımağa hazır olduqlarını ifadə ediblər.
Kanada Baş naziri Mark Kerney də iyulun 30-da İsrailin işğal altındakı Qəzzadakı əməliyyatlarını pisləyərək, sentyabrda yenidən BMT Baş Assambleyasında Fələstinin dövlət statusunu tanıyacaqlarını qeyd edib. Sonda Portuqaliya da bu dövləti tanıyacağını açıqlayıb.
Fələstinin Tanınmasının Əhəmiyyəti
İki dövlətli həll, 1990-cı illərdə başlayan Oslo Sülh Prosesində ortaya qoyulan və İsrail ilə Fələstinin dinc şəkildə yan-yana iki ayrı dövlət olaraq mövcudluğunu hədəfləyən bir plan idi. Lakin sərhədlərin müəyyənləşdirilməsi, Qüdsün statusu, fələstinli qaçqınların geri dönüş hüququ və yaşayış məntəqələri kimi əsas məsələlərdəki fikir ayrılıqları səbəbindən bu proses 2014-cü ildə dalana dirənib.
Fələstinin dövlət statusunun tanınması, simvolik əhəmiyyəti ilə yanaşı, praktiki nəticələr də doğura bilər. Bu tanınma Fələstinin beynəlxalq təşkilatlara tamhüquqlu üzv olmasına, beynəlxalq məhkəmələrdə hüquq tələb etməsinə və diplomatik əlaqələr qurmasına imkan yaradır. Məsələn, onun Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması İsrailə qarşı hüquqi addımlar atmasına şərait yaradır.
Fələstin Bayrağının Tarixçəsi
- Fələstin bayrağının tarixi bu xalqın kimliyi, mübarizəsi və tarixi bağları ilə sıx şəkildə iç-içədir. Bayrağın müasir forması ilk dəfə 1916-cı ildəki Ərəb Üsyanı zamanı ortaya çıxan pan-ərəb rənglərindən ilhamlanıb. Bu rənglər qırmızı, yaşıl, ağ və qaradır. İndiki Fələstin bayrağı 1964-cü ildə Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən rəsmən qəbul edilib. Onun rənglərinin mənası isə belədir:
- Qara: Ərəb xalqının yaşadığı qaranlıq dövrləri təmsil edir.
- Ağ: Əməvilərin bayrağına işarə edərək, ümid, sülh və gələcəyə dair təmiz bir səhifə mənasını daşıyır.
- Yaşıl: Fatimiləri, İslamı və bu ölkənin bərəkətli torpaqlarını simvolizə edir.
- Qırmızı üçbucaq: Bayrağın sol tərəfində, dirəyə yaxın qırmızı bir üçbucaq yerləşir. Bu, bu xalqın mübarizə ruhunu, müstəqillik uğrunda aparılan müharibəni, müqaviməti və bütün simvollar uğrunda tökülən qanları təmsil edir.

Leave a Reply