ABŞ prezidenti Donald Tramp, siyasi fenomen Charlie Kirkin suikast nəticəsində qətlə yetirilməsində şübhəli bilinən şəxsin saxlanıldığını canlı yayımda açıqlayıb. Hadisədən sonra iki gün ərzində axtarışda olan qatil nəhayət yaxalanıb. ABŞ-ın mühafizəkar qəzeti “New York Post” isə şübhəlinin Yuta ştatından olan 22 yaşlı Tyler Robinson olduğunu iddia edib. Lakin hələlik rəsmi açıqlama verilməyib.
ABŞ mərkəzli Fox News kanalında iştirak etdiyi proqramda Donald Tramp bu flaş xəbəri ictimaiyyətə çatdırıb. O, “Çox böyük ehtimalla onu nəzarətə götürmüşük. Hər kəs çox yaxşı iş görüb,” – ifadəsini işlədib. Prezidentin sözlərinə görə, qatilin atası və keşişi onu hüquq-mühafizə orqanlarına xəbər veriblər. Bu məlumat əsasında şübhəli təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
ŞÜBHƏLİ KİM VƏ NECƏ YAXALANDI?
Zanlının suikastdan sonra atasına Kirk-i öldürdüyünü etiraf etdiyi və atasının da dərhal səlahiyyətlilərlə əlaqə saxlayaraq oğlunu xəbər verdiyi bildirilir. Şübhəli Tyler Robinsonun atası Vaşinqton Qraflığının 27 illik şerif müavinidir. Anası Amber Robinson isə Yuta ştatı ilə müqaviləli işləyən və əlilliyi olan şəxslərə qayğı xidmətləri göstərən Intermountain Support Coordination Services təşkilatında çalışır. Robinsonun Cənubi Yutada təxminən 600 min dollarlıq, altı otaqlı bir evdə yaşadığı, Oremdəki hücum nöqtəsindən təxminən 260 mil uzaqlıqda olduğu qeyd edilib. Hələlik zanlı haqqında çox az məlumat açıqlanıb və səlahiyyətlilər cinayətin səbəbi barədə heç bir izahat verməyiblər. Cümə axşamı gecəsi keçirilən mətbuat konfransında Robinsonun cinayətdə təqsirli bilinəcəyi təqdirdə ölüm cəzası ilə üzləşəcəyi vurğulanıb.
HADİSƏ NECƏ BAŞ VERMİŞDİ?
Charlie Kirk qətl hadisəsi 2025-ci il sentyabrın 10-da Yuta Vadi Universitetində “American Comeback Tour” adlı tədbir zamanı baş verib.
Mühafizəkar görüşlü bir fenomen və siyasetçi olan Kirk səhnədə olarkən, universitet kampusundakı Losee Centerin çatı qatından tək bir güllə ilə boynundan vurulub. Hücum təxminən üç min nəfərin gözü qarşısında həyata keçirilib. Təcili tibbi müdaxilədən sonra Kirk xəstəxanaya çatdırılsa da, günortadan sonra həyatını itirib.
Mühafizəkar bir şəxsiyyətin bu şəkildə qətlə yetirilməsi ABŞ ictimaiyyətində böyük rezonans doğurub.
Soruşdurma qısa müddətdə sürətlənib. Federal Təhqiqat Bürosu (FBI) silah olaraq bolt-action tipli tüfəng aşkar edib və şübhəliyə aid görüntülər yayımlayıb. Hadisədən bir neçə saat sonra iki nəfər nəzarətə götürülsə də, hər ikisinin zanlı ilə əlaqəli olmadığı üçün sərbəst buraxılıb.

Leave a Reply