Texnologiyanın sürətli inkişafı ilə paralel olaraq süni intellekt digər peşələri də təhlükə altına qoyub. Hər nə qədər həyatı asanlaşdırsa da, bu innovasiya bir çox sahə üçün sonu ifadə edə bilər. Gənclərin gələcəkdə iş tapmaq narahatlıqları da artmaqdadır. Bu sualın cavabını dünyanın ən yüksək bazar dəyərinə malik şirkəti NVIDIA-nın icraçı direktoru verib. İşte gələcəyin ən çox tələb olunan peşələri.
ABŞ-ın çip şirkəti NVIDIA-nın CEO-su Jensen Huang, gələcəyin parlayan peşələri ilə bağlı söylədiyi fikirlərlə sosial mediada geniş müzakirələrə səbəb olub.
Gələcəyin Peşələri: Nə Mühəndislik, Nə də Proqramlaşdırma
Süni intellektin gənclərin iş tapmaq şansını azaltdığını qeyd edən Jensen Huang, maraqlı bir xəbərdarlıq edib. Onun fikrincə, gələcəkdə ən çox axtarılacaq peşələr arasında nə həkim, nə mühəndislik, nə də proqramlaşdırma sahələri yer almayacaq.
Huangın proqnozlarına görə, elektrikçi, santexnik və dülgər kimi ixtisaslar gələcək peşələri siyahısında ön sıralarda olacaq. Bunun əsas səbəbi isə zavodlar qurmaq üçün bu sahələrdəki kadrlara böyük ehtiyac duyulmasıdır. O, bacarıqlı sənətkarların hər bir iqtisadiyyatda böyük yüksəliş yaşayacağını vurğulayıb.
Tikinti Sektorunda Tələbat Artır
Huang proqramlaşdırma əvəzinə fiziki əmək tələb edən peşələrin böyük imkanlar təqdim edəcəyini bildirərək, elektrikçi və santexnik kimi peşələrə çağırış edib. O, özü üçün də maraqlı bir etiraf edərək bildirib ki, 20 yaşı olsaydı, fizika və mühəndislik sahələrinə yönələrdi.
BlackRock-un CEO-su Larry Fink də Huangın fikirləri ilə razılaşır. O, ABŞ-da zavod və tikinti işçilərinin çatışmazlığının ciddi problem olduğunu vurğulayıb.
Bir cavab yazın