Akın Akınözünün ekranlara möhtəşəm dönüşü və keçmiş sirləri
Anasının vəfatından sonra bir müddət ekranlardan uzaq qalan oyuncu Akın Akınözü “Vəliəhd” serialı ilə yenidən tamaşaçıların görüşünə gəlib. “Timur” obrazını canlandıran aktyorun köhnə şəkilləri üzə çıxaraq böyük marağa səbəb olub. 130 kiloqram olduğu görüntüləri ilə hər kəsi təəccübləndirən Akınözü, çəkisini necə itirdiyini açıqlayıb.
130 kilodan 70 kiloya inanılmaz çəki itirmə
“Timur” obrazı ilə oyunculuğunu bir daha sübut edən Akın Akınözü, şəxsi həyatı ilə də gündəmdən düşmür. Yaraşıqlı aktyorun köhnə görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İbrahim Səlimin qonağı olan Akın Akınözü 130 kiloqramlıq görüntülərinə münasibət bildirərək, dəyişimin gücünü ilk dəfə məhz 130 kilodan 70 kiloya düşəndə anladığını deyib.
Arıqlamağın sirri: eşq acısı
“Necə arıqladın?” sualına isə Akınözü gözlənilməz cavab verib. “İdmanamı başladın?” soruşulduqda, o, “Eşq acısı! Eşq acısı məni arıqlatdı. Bəyəndiyim bir qız var idi, əlaqələrimiz davam edir, ona təşəkkür edirəm” sözlərini söyləyib. Bu açıqlama onun pərəstişkarlarını heyran edib.
Leave a Reply