LOS ANCELES POLİSİNDƏN KEÇMİŞ İSRAİL HƏRBÇİSİ ADVA LAVİE BARƏDƏ XƏBƏRDARLIQ
Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində polis keçmiş İsrail hərbçisi Adva Lavie barəsində xüsusi bülleten yayıb. İddialara görə, o, tanışlıq tətbiqləri vasitəsilə yaşlı və varlı kişiləri hədəf alaraq, oğurluq hadisələrinə qarışdıqdan sonra izsiz yox olur.
MÜXTƏLİF KİMLİKLƏR VƏ LÜKS NƏQLİYYAT VASİTƏLƏRİ
Rəsmilər Lavienin həmçinin “Mia Ventura Shoshana” və “Shana” adlarını istifadə etdiyini, qara və ağ rəngli lüks avtomobillərlə hərəkət etdiyini bildiriblər. Onun barəsində hələ ki, rəsmi ittiham irəli sürülməsə də, Los Anceles polisi ictimaiyyəti diqqətli olmağa çağırıb.
“MƏNƏ KOMPLO QURULUB” İDDİASI
İddiaların yayılmasından sonra “Daily Mail”ə açıqlama verən Adva Lavie bütün ittihamları rədd edib. O, “Düşünürəm ki, əgər güclü və əlaqəli biri ilə birlikdəsinizsə və onu qəzəbləndirirsinizsə, bu ciddi nəticələrə səbəb ola bilər” deyə qeyd edib və özünə qarşı sui-qəsd təşkil edildiyini irəli sürüb. Lavie “Məni tamamilə məhv etməyə çalışırlar” ifadələrini işlədib.

Leave a Reply