Hakim qalmaqalı: 152 hakim PFDK-da
Türkiyə Futbol Federasiyasının (TFF) sədri İbrahim Hacıosmanoğlu dünən sensasiyalı bir açıqlama verərək, ölkədəki 571 fəal hakimdən 371-nin bahis hesabı olduğunu, 152 nəfərin isə aktiv şəkildə bahis oyunlarında iştirak etdiyini bildirib. Bu şok xəbərdən sonra TFF Hüquq Müşavirliyi tərəfindən bu gün Peşəkar Futbol Disiplin Komitəsinə (PFDK) göndərilən hakimlərin adları açıqlanıb.
Bahis oyunları qalmaqalı: Zorbay Küçük də PFDK-da
TFF-nin rəsmi internet səhifəsində yayımlanan hesabatda, futbol matçları ilə əlaqədar “bahis oynaması” səbəbiylə Futbol Disiplin Təlimatının 57-ci maddəsinə əsasən 152 hakim PFDK-ya göndərilib. Bu adlar arasında ən diqqət çəkəni isə Zorbay Küçük olub. Küçükün Super Liqada idarə etdiyi son 5 matç xüsusi maraq doğurur.
Zorbay Küçükün Super Liqada idarə etdiyi son 5 matç:
Kocaelispor-Samsunspor
Başakşehir-Eyüpspor
Rizespor-Gençlerbirliği
Alanyaspor-Galatasaray
Trabzonspor-Eyüpspor
Leave a Reply