İdman 03.08.2025

13 yaşlı uşaq "Qalatasaray"a transfer olundu

13 yaşlı uşaq "Qalatasaray"a transfer olundu
Süper Liqada transfer fırtınası: "Qalatasaray"dan gənc istedadlara yatırım

"Qalatasaray", son üç mövsümün çempionluğunu qazanaraq və heyətinə Viktor Osimhen və Leroy Sane kimi dünya ulduzlarını daxil edərək transferdə sürətini azaltmır. A komandasına transferləri davam etdirən və Çempionlar Liqası üçün iddialı bir heyət qurmağa hazırlaşan sarı-qırmızılar, gənc oyunçulara yatırımları da diqqətdən kənarda qoymur.

"Altınordu"dan Üçüncü Transfer

Son həftələrdə "Altınordu"nun 2009-cu il təvəllüdlü cinah oyunçusu Mustafa Duru və 2008-ci il təvəllüdlü gənc qapıçısı Arda Yılmaz ilə razılığa gələn "Qalatasaray", İzmir təmsilçisindən son olaraq 2012-ci il təvəllüdlü 13 yaşlı orta sahə oyunçusu Ömər Özyurt üçün razılığa gəlib. Əldə edilən məlumata görə, Ege təmsilçisinə Özyurt üçün 6 milyon TL ödəniləcək və növbəti satışdan da yüzdə 30 pay veriləcək.

Yoldaşları Ona 'Luka Modriç' Deyir

Kiçik yaşına baxmayaraq yetkin futbolu, meydanı görmə qabiliyyəti və istedadı ilə diqqət çəkən Ömər Özyurt, komanda yoldaşları tərəfindən Luka Modriçə bənzədilir və "Kiçik Modriç" ləqəbi ilə tanınır. Bu transferlə birlikdə sarı-qırmızılıların özkaynağa etdiyi yatırımlar da diqqət çəkir...

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz