2025-ci ildə dünyanın ən təhlükəli ölkəsi müəyyənləşdi
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

Səudiyyə Ərəbistanı və Omanla sərhəddə yerləşən, illərdir vətəndaş müharibəsi ilə boğuşan bir ölkə. Bu ölkə, hətta Sudan, Ukrayna, Əfqanıstan kimi dövlətləri belə bu il təhlükə reytinqində geridə qoyub.
Dünya Əhali İcmalı (World Population Review) tərəfindən dərc olunan məlumatlara əsasən, Yəmən 2025-ci ildə dünyanın ən təhlükəli ölkəsi seçilib. Strateji risk təhlili şirkəti Sibylline-də Orta Şərq, Şimali Afrika və Türkiyə üzrə mütəxəssis Owen Williams vəziyyəti bu sözlərlə qiymətləndirib:
"Yəmən davam edən vətəndaş müharibəsi, geniş yayılmış ərzaq qıtlığı, hərbi müdaxilələr və ictimai infrastrukturun dağılması səbəbindən dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur."
Williams qeyd edir ki, ölkədə illərdir davam edən qeyri-sabitliyin əsasında Ənsar Allah (Allahın Dəstəkçiləri) kimi tanınan Husilərin beynəlxalq səviyyədə tanınan hökumətə qarşı üsyanı dayanır. Qrupun məşhur şüarı isə belədir: "Allah böyükdür, Amerikaya ölüm, İsrailə ölüm!" 2014-cü ildə əvvəlki rejimi devirən qrup, paytaxt Səna daxil olmaqla, ölkənin şimal-qərbində geniş bir əraziyə nəzarət edir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz