Kəskin Dişlərə Sahib Qədim Növ
Aparılan araşdırmalar nəticəsində "Janjucetus dullardi" adı verilən bu növün müasir dişsiz balina növlərindən fərqli olaraq kəskin dişlərə malik, yırtıcı bir dəniz məməlisi olduğu müəyyən edilib.
Təxminən 2 metr uzunluğunda olduğu üçün cavan olduğu güman edilən fosil nümunəsi, indiyə qədər tapılmış nəsli kəsilmiş balina fəsiləsinə aid ən yaxşı qorunmuş nümunələrdən biridir. Onun kəllə sümüyünün bəzi hissələri, qulaq sümükləri və dişləri dövrümüzə qədər gəlib çatmışdır.
26 Milyon İl Əvvəlki Yırtıcı
Tədqiqat göstərir ki, bu balina növü təxminən 26 milyon il əvvəl yaşamışdır.
Viktoriya Muzeyi Araşdırma İnstitutunun və Monaş Universitetinin əməkdaşı Ruairidh Duncan, bu kiçik fosil haqqında belə deyib: "Bu kiçik balina böyük gözlərə və kəskin dişlərlə dolu ağıza sahib idi. Onu bir növ köpək balığı kimi düşünə bilərsiniz. Kiçik və sevimli görünsə də, qətiyyən zərərsiz deyildi."
Araşdırmanın nəticələri "Zoological Journal of the Linnean Society" jurnalında dərc olunub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz