İdman 04.07.2025

6 rəqəminin lənəti: Püşkatmanın ən bəxtsiz komandası

6 rəqəminin lənəti: Püşkatmanın ən bəxtsiz komandası
Böyük maraqla gözlənilən fikstür çəkilişi başa çatıb. Riva qəsəbəsində keçirilən mərasimdə ən çox diqqət çəkən məqam 6 nömrəli topun hansı komanda tərəfindən çəkiləcəyi idi. Çünki məhz bu nömrəni çəkən klub, mövsüm ərzində Avropa matçlarından sonra yeddi dəfə səfər oyununa çıxmaq məcburiyyətində qalacaqdı.

Avropa Matçlarından Sonra Yeddi Deplasman

Püşkatmanın nəticələrinə əsasən, səfər oyunlarının çoxluğu ilə yadda qalan 6 nömrəli mövqeyi “Beşiktaş” klubu çəkib. Nəticədə, “Qara Qartallar” Avropa matçlarından sonra ümumilikdə yeddi dəfə rəqib meydanında mübarizə aparacaq. Bu fikstür çəkilişində digər komandalardan “Fənərbağça” 13, “Qalatasaray” isə 14 nömrəli topu seçərək daha əlverişli vəziyyətdə qərarlaşıb.

Ədalətsiz Rəqabət İddiaları

Bu fikstür çəkilişi mərasimindən əvvəl “Fənərbağça”nın idarə heyətinin üzvü Hulusi Belgü də 6 nömrəli topun yaratdığı çətinliklərə diqqət çəkib. Belgü, “6 nömrəli topu çəkən komanda üçün vəziyyət çətinləşəcək! Həmin klub Avropa kuboklarından sonra yeddi dəfə səfərə gedəcək. Digərləri isə cəmi 3-4 dəfə səfər oyununa çıxacaq. Bu, ədalətsiz rəqabətdir” deyə öz narazılığını ifadə edib.

24 saat