70 illik nəhəng restoran zənciri müflis oldu: 1600 şöbə bağlandı
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.
Avropanın simvoluna çevrilmiş restoran zənciri Wienerwald rəsmən iflas elan edib. Almaniya mərkəzli brendin uzun sürən maliyyə çətinliklərindən sonra bu qərarı aldığı bildirilir.
Wienerwald 1955-ci ildə Fridrix Yan tərəfindən Almaniyanın Münhen şəhərində təsis edilib. Əvvəlcə “Linzer Stube” adı ilə fəaliyyət göstərən restoran, qısa müddətdə adını “Weinstube zum Wienerwald” olaraq dəyişib. “Heute bleibt die Küche kalt, wir gehen in den Wienerwald” (Bu gün mətbəx soyuq qalsın, Wienerwald’a gedirik) şüarı ilə məşhurlaşan marka, 1970-ci illərdə Avropanın ən tanınmış fast-food zəncirlərindən birinə çevrilib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz