İrlandiyanın Qalvey qraflığının Tuam şəhərində yerləşən keçmiş Katolik ana və uşaq yurdundakı septik çuxurunda basdırılmış 796 körpə və uşaq cəsədinin aşkar edilməsi üçün qazıntı işlərinə start verilib.
Tuamda Başlayan Qazıntılar
Arxeoloqlar, geoloqlar, tarixçilər və mühəndislərdən ibarət qrup köhnə yeraltı kanalizasiya sistemini və ətrafdakı torpağı diqqətlə qazaraq sümükləri üzə çıxaracaq, skeletləşdirəcək və identifikasiyası üzərində çalışacaq.
Beynəlxalq Qızıl Xaç Komitəsinin keçmiş nümayəndəsi Daniel Maksvinin rəhbərliyindəki ekip Kolumbiya, İspaniya, Birləşmiş Krallıq, Kanada, Avstraliya və ABŞ-dan olan mütəxəssislərdən təşkil olunub. Qazıntıların iki il davam edəcəyi gözlənilir.
Unudulmayan Uşaq Sığınacağı Dəhşətləri
1925-1960-cı illər arasında fəaliyyət göstərən ana və uşaq sığınacağında minlərlə körpə və uşaq baxımsızlıq və səhv müdaxilələr nəticəsində həlak olub.
Bu uşaqlar, qəbirlərdə dəfn edilmək əvəzinə, müəssisənin yaxınlığındakı septik çuxurlara, digər tullantılarla birlikdə atılıb.
Körpə cəsədlərini yenidən aşkar etmək üçün başlayan qazıntı, bu tarixi səhvi düzəltmək məqsədi ilə başlanılıb. Qazıntıya rəhbərlik edən Maksvini bildirib ki, "Bu vəzifənin mürəkkəbliyini asan qiymətləndirə bilmərik".
Qazıntı qrupunda arxeoloqlar, məhkəmə antropoloqları, osteoarxeoloqlar və cinayət yeri mütəxəssisləri olsa da, bu qədər çox sayda qarışıq körpə qalıqlarını çıxarıb müəyyənləşdirməkdə heç birinin təcrübəsi yoxdur.
"Abidə Ucaltmaqla Həll Edilə Bilməz"
Qazıntıya məhkəmə məsləhətləri verən Niam Makkaq bildirib ki, "Heç kim əvvəllər belə bir şey etməyib".
Yerli tarixçi Ketrin Korles, 1925-1960-cı illər arasında bu qurumda vəfat etdiyi qeydə alınan, lakin dəfn yerləri haqqında heç bir qeyd olmayan 796 körpə və uşağın kimliyini ilk müəyyənləşdirən şəxs olub.
Korles qeyd edib ki, "Bunu görməzdən gələ bilməzsiniz. Buraya abidə ucaltmaqla, ərazini təqdis edərək işi bitirə bilməzsiniz. Burada baş verənlər əvvəldən axıra qədər səhv idi."
2021-ci ildə İrlandiya dövləti tərəfindən verilən rəsmi üzrxahlıqda, nikahsız uşaqları olan anaların doğum etdiyi bu müəssisələrdəki ölüm hallarının "fövqəladə" dərəcədə yüksək olduğu bildirilmişdi.