8 yaşlı Camalın həyatı təhlükədədir! Həyat bəzən insanı ən əziz varlığı – övladı ilə sınağa çəkir. Bəzi uşaqlar dünyaya göz açdıqları andan etibarən ağrılarla mübarizə aparmaq məcburiyyətində qalırlar. Bu mübarizədə valideynlərin, xüsusən də anaların çiyinlərinə düşən yükü sözlə ifadə etmək mümkün deyil. Lakin ən dözülməzi odur ki, övladının gözünün qarşısında əriməsini görən valideyn, maddi imkansızlıq ucbatından ona çarə qıla bilmir.
Belə ağır sınaqla üz-üzə qalanlardan biri də Yusifovlar ailəsidir. Ailənin 2017-ci il təvəllüdlü övladı Yusifli Camal Yasin oğlu amansız xəstəliklərin məngənəsindədir. I qrup əlil olan balaca Camal həmyaşıdları kimi qaça, oynaya, hətta sərbəst nəfəs ala bilmir. O, ağır dərəcəli Uşaq Serebral İflici (USİ), Spastik tetraplegiya və Epilepsiya xəstəliyindən əziyyət çəkir.
İllərdir övladını yaşatmaq üçün mübarizə aparan ana, Pəri Yusifova bu gün son çarə kimi ictimaiyyətə, xeyirxah insanlara üz tutub. Maddi imkanları tamamilə tükənən ailənin artıq dərman almağa belə gücü çatmır.
Az24saat.org vasitəsilə xalqımıza səslənən çarəsiz ana, övladının vəziyyətini belə təsvir edir:
"Balamı ümidsiz qoymayın, sizə yalvarıram..."
"Mən, Yusifova Pəri, bir ana olaraq çox böyük ümid və eyni zamanda dərin bir çarəsizlik içində sizə müraciət edirəm. Oğlum Camalın vəziyyəti günbəgün ağırlaşır. O, nə yeriyə bilir, nə otura bilir, nə də danışa bilir. Həyatı tamamilə xüsusi tibbi nəzarətdən, reabilitasiyadan və dərmanlardan asılıdır.
Həkimlər Camala mütəmadi olaraq fizioterapiya, masaj, idman və botoks iynələri təyin ediblər. Lakin bizim bunları qarşılamağa maddi gücümüz qalmayıb. Bütün müalicələr yarımçıq qalıb.
Övladımı bu yaxınlarda xəstəxanadan çıxarmışıq, lakin analiz nəticələri heç də ürəkaçan deyil. Orqanizmində vitaminlər kritik həddə qədər azalıb. Bu səbəbdən uşaq gün ərzində "huşsuz" kimi yatır, halsızdır, yemək yedikdən sonra belə ayılmaqda çətinlik çəkir. Beyin funksiyaları üçün ayrı, vitamin çatışmazlığı üçün ayrı, əzələləri üçün ayrı müalicə lazımdır. Hər şey bir-birinə qarışıb və mən təkbaşına bu yükün altından qalxa bilmirəm.
Sizdən bir ana kimi xahiş edirəm, imkan daxilində övladımın müalicəsinə dəstək olun. Sizin edəcəyiniz ən kiçik yardım belə, Camalın ağrılarını azalda, heç olmasa dərmanlarını almağımıza kömək edə bilər. İstəyən şəxs bizimlə əlaqə saxlayıb görüntülü danışa və ya evimizə gəlib uşağın vəziyyətini gözləri ilə görə bilər. Balamı dəstəksiz qoymayın, Allah rizası üçün kömək edin."
QEYD: Xəstənin bütün tibbi sənədləri (MRT nəticələri, Tibbi-Sosial Ekspert Komissiyasının rəyi və şəxsiyyət vəsiqəsi) redaksiyamıza təqdim olunub.
Yardım etmək istəyən şəxslər aşağıdakı vasitələrlə ailə ilə əlaqə saxlaya bilərlər:
📞 Əlaqə nömrəsi (WhatsApp): 055 661 37 81 (Pəri xanım)
💳 Bank kartı (Kapital Bank): 4169 7388 5291 6208 (Yusifova Pəri)

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz