Idaho ştatında Meşə Yanğını Zamanı Dəhşətli Hücum: İki Yanğınsöndürən Həlak Oldu
Idaho ştatının şimalında,
Coeur d'Alene şəhərində yerləşən Kanfild Dağı Təbiət Parkında hələ müəyyən edilməyən səbəbdən kütləvi çöl yanğını baş verib. Yanğın gəzinti və velosiped yollarının da olduğu, təxminən 25 hektar meşəlik əraziyə yayılıb.
Xəbərdarlıqdan sonra hadisə yerinə
yanğınsöndürənlər cəlb edilib. Yanğına müdaxilə edən heyətə kimliyi bilinməyən bir şəxs tərəfindən odlu silahdan atəş açılıb. Yanğınsöndürənlərə pusqu qurulduğu şübhəsi ilə yerli polis qüvvələri də əraziyə göndərilib.
Idaho Qubernatoru Bred Littl verdiyi açıqlamada, Idahoda yanğına müdaxilə edən "qəhrəman yanğınsöndürənlərin" hücuma məruz qaldığını bildirərək, rayon sakinlərinə bölgədən uzaq durmağa çağırış edib. ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noum isə, hadisə yerində təhlükəsizlik qüvvələrinin atəşə məruz qaldığı barədə məlumatlandırılıb.
ABŞ
Federal Təhqiqatlar Bürosu (FTB) və SWAT qüvvələri də dəstək məqsədilə bölgəyə sevk olunub. Kutenay Bölgəsi Şerifi Robert Norris əməliyyatdan sonra, yanında odlu silah olan bir nəfərin dağlıq ərazidə ölü tapıldığını açıqlayıb. Hadisə nəticəsində iki yanğınsöndürmə əməkdaşının həlak olduğu, bir yanğınsöndürənin isə yaralandığı bildirilir.
ABC News-un məlumatına görə, hadisə ilə bağlı başlanan istintaqda "yanğının qəsdən törədilmiş" ola biləcəyi ehtimalı üzərində dayanılır.
24 saat