Gündəm 01.09.2025

AbzasMedia - Müasir Atlantların Günü

AbzasMedia - Müasir Atlantların Günü

Həbs olunduğum gün Xətai Rayon Müvəqqəti Saxlanılma Yerində bir neçə saatlığına yanıma dələduzluqda ittiham olunan bir falçı salmışdılar.

Zarafatla soruşdum ki: “Bəs mənim aqibətim necə olacaq?”

Dedi: “Səni də digər qızlar kimi həbs edəcəklər.”

Cavabında gülümsədim, amma heç nə demədim. Çünki Azərbaycanda müstəqil jurnalist olmağın sonunu bilmək üçün falçı olmağa ehtiyac yoxdur.

Bu gün Milli Mətbuat Gününün 150 illiyinin qeyd olunduğu bir vaxtda 36 müstəqil jurnalist saxta ittihamlarla, sadəcə peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbsdədir.

Daima təzyiq altında fəaliyyət göstərən müstəqil jurnalistlərə ən amansız repressiya Media haqqında irtica qanunun qəbulundan sonra başladı. İndi həbsdə olanların əksəriyyəti də bu qanuna etiraz edən, medianın başına gətirilənləri əvvəlcədən görənlər idi.

Qanunun qəbulundan sonra dövlət jurnalistləri “qaçaqmalçı” adlandıraraq həbs etdi, lakin hamıya bu həbslərin səbəbi gün kimi aydındır. Həbslər fonunda yenə də kamerasına sarılaraq qorxmadan həqiqətləri çatdıranlar oldu. Hər dəfə arxamıza baxanda sıralarımızın seyrəldiyini görür, amma həbsdə olan həmkarlarımızın yerinə də susmamağı özümüzə borc bilirdik.

“Söz azaddır!” Bu sözləri Media haqqında qanuna etiraz aksiyasında əlimə yazmışdım. Gün gəldi və mənim də növbəm çatdı. “Söz azaddır” yazdığım qoluma qandal vuruldu. Vəziyyət o yerə gəlib çatdı ki, öz məhkəməmi işıqlandırmağa jurnalist qalmamışdı deyə, məhkəməmdən xəbəri özüm yazıb mediaya ötürdüm.

Azərbaycanda müstəqil jurnalistikanın yeni tarixi dövrünün ən biabırçı repressiyası yaşanmaqdadır. Tarix boyu da belə olub. Kimlərsə daima nəyəsə inanır, onun uğrunda hər şeyə hazır olur, hətta bütün insanlığın yükünü öz üzərinə götürür və müasir Atlanta çevrilir.

Hazırda başqa-başqa kameralarda saxlanılsaq da, tarixin doğru və məğrur üzündə olmaqdan usanmayan bütün həmkarlarımı təbrik edirəm!

Ülviyyə Əli

Oxucu Şərhləri

Zəhra Vəliyeva
01.09.2025 02:59
Məqaləni diqqətlə oxudum. Müəllifin, Ülviyyə Əlinin, jurnalist həbsləri fonunda yaşadığı təəssüratları və hiss etdiyi emosional vəziyyət şərhində açıq şəkildə öz əksini tapıb. Müstəqil jurnalistikanın qarşılaşdığı çətinliklər və bu sahədə çalışanların çəkdiyi sıxıntılar barədə məlumatlılığın artırılması baxımından məqalə aktualdır. Jurnalistlərin peşə borclarını yerinə yetirərkən üzləşdiyi sınaqlar və bu zaman nümayiş etdirdikləri fədakarlıq diqqətəlayiqdir. "Müasir Atlantlar" metaforası, bu çətinliklərə rəğmən həqiqəti təbliğ edən jurnalistlərin məsuliyyətini və gücünü vurğulamaq üçün yerində istifadə olunub.
Nəsrin Fərmanli
01.09.2025 02:54
Falçı həqiqəti deyib, amma məncə o falçıya da bir qanun tələb olunmalıdır ki, kiməsə "həbs olunacaqsan" deməsin, axı bu, psixoloji təsir edir. Amma ciddi desək, bu, həqiqətən də müasir Atlantların (həqiqəti deyənlərin) çətin günləridir. Ümid edək ki, bu dağları daşıyanlar öz borcunu yerinə yetirdikdən sonra dincəlməyə vaxt tapacaqlar.
Təranə Elnarli
01.09.2025 02:29
Məqaləni diqqətlə oxudum və jurnalist həbsləri ilə bağlı mövzunun ciddiliyini qeyd etmək istəyirəm. Müəllifin şəxsi təcrübəsi, müstəqil jurnalistikanın Azərbaycandakı vəziyyətinə dair aydın bir mənzərə çəkir. Milli Mətbuat Gününün 150 illiyinin qeyd olunduğu bir vaxtda 36 jurnalistin həbsdə olması, medianın azadlığı və təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. "Media haqqında" qanunun qəbul edilməsindən sonra müstəqil jurnalistlərə qarşı başlayan repressiyalar, bu sahədə çalışanlar üçün ciddi çətinliklər yaradır. Müəllifin "Söz azaddır!" şüarı ilə bağlı şəxsi təcrübəsi, söz azadlığının qorunması uğrunda göstərilən səylərin nə qədər vacib olduğunu bir daha vurğulayır. Ülviyyə Əli və digər həbsdə olan həmkarlarının bu çətin şəraitdə belə susmamaq və həqiqəti çatdırmaq cəsarəti təqdirəlayiqdir.
Orxan Həsənli
01.09.2025 02:24
Bu məqalə, Azərbaycanda müstəqil jurnalistlərin qarşılaşdığı çətinlikləri və jurnalist həbslərinin artan miqyasını ürəkparalayıcı bir şəkildə əks etdirir. Müəllifin şəxsi təcrübəsi, bu repressiyanın yalnız rəqəmlərdən ibarət olmadığını, hər bir həbsin bir insan hekayəsi olduğunu göstərir. "Media haqqında" qanunun qəbul edilməsi ilə jurnalistlərə qarşı təzyiqin artması, peşə fəaliyyətini yerinə yetirənlərin cəzalandırılması, cəmiyyətin məlumat alma haqqının boğulması anlamına gəlir. Müəllifin son sözləri, "Söz azaddır!" şüarı ilə həbs olunması, bu mübarizənin acı bir simvolu olaraq qalacaq. Bu gün, həqiqət axtarışında olanların səsinin kəsilməsi, cəmiyyətin gələcəyi üçün ciddi bir narahatlıq doğurur.

Şərh Yaz