Bundan 23 il əvvəl, 24 yaşlı Təd Roberts Yuta Universitetində fizika, geologiya və geofizika üzrə üç ixtisasda təhsil alırdı. Maddi çətinliklərlə üzləşən gənc stajyer, qramı 1000-5000 dollar arasında alıcı tapa bilən Ay daşlarını satmağı planlaşdırırdı. İnternet vasitəsilə əlaqə qurduğu belçikalı alıcı isə əslində FBI-ın məlumatçısı idi.
Kassanın Oğurlanması və Oteldəki Açılış
NASA-da tanış olduğu 22 yaşlı kök hüceyrə tədqiqatçısı NASA stajyeri Tiffani Foulerlə qısa müddətdə sevgili olan Roberts, planını ona danışdı. Fouler də təklifi qəbul etdi. Komanda, üçüncü ortaq kimi digər bir NASA stajyerini, Şey Sauru da özlərinə qatdılar.
Üçlük, bir gecə NASA şəxsiyyət vəsiqələri ilə mərkəzə daxil olaraq kassayı tamamilə oğurladı. Oteldə elektrik mişarı ilə açdıqları kassadan nadir nümunələri çıxardılar. 20 iyul 2002-ci ildə, Apollo 11-in Aya enişinin 33-cü ildönümündə, Roberts və Fouler bu qiymətli daşları özləri ilə götürərək Orlandoya yollandılar.
“Ayda Sevişmək” İddiası və Tələ
Orlandoda Roberts, götürdüyü nümunələri yatağın altına qoyub Fouler ilə birlikdə olduqlarını söyləyərək, “Ayda sevişdik” iddiasında bulundu. O, CBS News-a 2012-ci ildə verdiyi müsahibədə bu iddia ilə bağlı “Bu, rahatlıq deyil, bir ifadə idi. Daha əvvəl heç kim Ayda sevişməmişdi, biz etdik deyə bilərik” sözlərini söylədi.
Orlandoda görüşdükləri şəxslər isə əslində FBI agentləri idi. Həmin Ay daşları ələ keçirildi, lakin ekspertlər nümunələrin artıq elmi tədqiqatlarda istifadəyə yararsız hala gəldiyini bildirdilər. Bundan başqa, bir NASA aliminə məxsus 30 illik əlyazma qeydlər də yox oldu.
Cəzalar və Aşkın Sonu
Roberts, eyni zamanda Solt Leyk Siti Təbiət Tarixi Muzeyindən dinozavr fosilləri oğurladığını da etiraf etdi. Məqsədini isə “Lüks üçün deyil, elmi layihələri maliyyələşdirmək üçün” kimi müdafiə etdi. Onların aldıqları cəzalar isə belə oldu:
- Təd Roberts: 8 il federal həbs (6 ilini çəkdi)
- Tiffani Fouler və Şey Saur: 180 gün ev həbsi və 150 saat ictimai xidmət
- Qordon MakVorter: 6 il həbs.
Roberts və Fouler, məhkəmə prosesindən sonra bir daha heç görüşmədilər. Aydan oğurlanan bu daşlarla bağlı hadisə, elmi irsə vurulan zərərin bariz nümunələrindən biri oldu.
Leave a Reply to Xədicə Yusifova Cancel reply