42 il boyunca bir daha gözlərini aça bilmədi… Edwarda O’Bara, hələ 16 yaşında ikən düşdüyü komadan çıxa bilmədi və ömrünü “əsl Yatan Gözəl” kimi yatağa bağlı şəkildə keçirdi. Həyatla vidalaşarkən məzar daşına yazdırdığı üç kəlmə onu tanıyan-tanımayan hər kəsin qəlbini riqqətə gətirdi.
İLKLƏR VƏ HƏYATINI QARALDAN XƏSTƏLİK
1970-ci ildə şəkərli diabet müalicəsi üçün o dövrdə istifadə olunan, lakin sonradan zərərli təsirləri səbəbindən qadağan edilən bir dərman resepti yazılan gənc qız, eyni il Milad bayramında qripə tutuldu. Qusma səbəbindən dərmanı orqanizmindən atan bu qızın şəkər səviyyəsi təhlükəli həddə çatdı. Təcili olaraq xəstəxanaya çatdırılan Edwarda anasına dönüb “Məni tərk etməyəcəyinə söz ver” dedi. Bu söz, illərlə davam edəcək bir həyat mübarizəsinin başlanğıcı oldu.
Qısa müddət sonra orqanları sıradan çıxmağa başlayan o, 1970-ci ilin yanvar ayında düşdüyü dərin komadan bir daha oyana bilmədi.
AİLƏSİNİN FƏDAKARLIĞI VƏ AĞIR İTKİLƏR
Anası verdiyi sözü tutdu. İllərlə qızını bir körpə kimi bəslədi, yuxularından fədakarlıq edərək bədənini hərəkət etdirdi, yaralanmaması üçün daimi qulluq etdi. Ailənin dolanışığını təmin etmək üçün üç yerdə işləyən ata isə bu yükə daha artıq dözə bilmədi və 1977-ci ildə ürək tutmasından dünyasını dəyişdi. Anası isə 2008-ci ildə Edwarda O’Baranın başının üstündə vəfat etdi.
“ƏSL YATAN GÖZƏL”İN MÜBARİZƏSİ
O, illər keçdikcə “Əsl Yatan Gözəl” kimi tanındı. Onu görmək üçün məşhur simalar ziyarətə gəldi, minlərlə insan ad gününü qeyd etmək üçün evinə yollandı. Lakin bu illər ərzində çətinliklər də az olmadı. 1981-ci ildə evinə atəş açıldı, həmçinin evtanaziya hüququ müdafiəçiləri bacısına təzyiq göstərdi. Bütün bu çətinliklərə baxmayaraq, ailəsi onun yaşaması üçün mübarizə apardı.
SON VƏ ƏBƏDİ MƏNA: ÜÇ KƏLMƏLİK MƏZAR DAŞI
42 il boyunca komada yaşayan Edwarda O’Bara, 59 yaşında həyatını itirdi. Məzar daşına isə onun həyat fəlsəfəsini əks etdirən üç kəlmə həkk edildi: “Ümid heç vaxt ölməz.” O, valideynlərinin yanında dəfn edildi.
Leave a Reply to Sevinc Nəsirova Cancel reply