ABŞ prezidenti Donald Tramp, qeyri-adi bəyanatları və cəsarətli siyasəti ilə daima dünya ictimaiyyətinin diqqət mərkəzində olsa da, bu dəfə sağlamlıq vəziyyəti ilə bağlı müzakirələrə səbəb olub.
Görüşlər zamanı Trampın ayaq və qıçlarının həddən artıq şişkin görünməsi sosial mediada geniş müzakirələrə yol açıb. 79 yaşlı siyasətçinin səhhəti ilə bağlı ictimaiyyətdə yaranan suallara cavab olaraq, gözlənilən rəsmi açıqlama Ağ Evin sözçüsü Karolin Livittdən gəlib. O, bu yaşda olan hər bir ictimai fiqurun, hətta bir ölkənin sələfi belə, sağlamlıq vəziyyətinin daim diqqət mərkəzində olduğunu qeyd edib.
Ağ Evdən rəsmi açıqlama
Livitt açıqlamasında prezidentin xəstəliyinə dair “Xroniki venoz çatışmazlıq 70 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən, xoşxassəli və geniş yayılmış bir vəziyyətdir” ifadələrini işlədib. Ağ Ev sözçüsü bu diaqnozun ABŞ prezidentinin ümumi sağlamlığı üçün hər hansı ciddi narahatlıq doğurmadığını bir daha vurğulayıb.
Xəstəlik nədir?
Xroniki venoz çatışmazlıq bədənin aşağı ətraflarındakı dərin venalarda qanın ürəyə doğru normal axışının pozulması ilə xarakterizə olunan tibbi vəziyyətdir. Normal fəaliyyət göstərən venoz klapanlar qanın yalnız bir istiqamətdə – ürəyə doğru hərəkətini təmin edir. Lakin bu çatışmazlıq zamanı klapanlar zədələnir və ya düzgün işləmir, nəticədə qan damarlarda toplanır və damar divarlarına əlavə təzyiq yaradır. Bu vəziyyət adətən qıçlarda şişkinlik, dəri rənginin dəyişməsi və daimi ağrılara səbəb ola bilər.

Leave a Reply to Joseph Moore Cancel reply