Avropa İttifaqı bu ilin əvvəlində üzv ölkələrinin vətəndaşlarına üç gün ərzində sağ qalmalarını təmin edəcək fövqəladə çantalar hazırlamaq barədə xəbərdarlıq edib.
Aİ-nin yüksək vəzifəli rəsmisi Hacə Lahbib artan geosiyasi gərginliklər səbəbindən mümkün müharibənin yaxınlaşdığını vurğulayıb.
Lahbib müharibə şəraitində suyun, qidanın və dərmanların əlçatmaz olacağını xatırladaraq, 450 milyon insana əsas ehtiyaclarını özündə birləşdirən sağ qalma dəsti hazırlamağın zərurətini bildirib.
Açıqlamada bu dəstlərdən əskik edilməməsi lazım olan “olmazsa olmaz” məhsullar tək-tək sıralanıb. Bu məhsulların həyatınızı xilas edə biləcəyi xüsusi vurğulanıb.
Təcili Yardımlar üçün Hazırlanacaq Fövqəladə Çanta
Bu dəstlərdə su, qida, fənər, çoxməqsədli bıçaq və batareya ilə işləyən radio kimi materialların olması qeyd edilib.
Məqsəd, hər hansı bir fəlakət və ya münaqişə anında evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla insanın ən azından ilk üç gün ərzində həyatlarını davam etdirməsini təmin etməkdir.
Hücum halında mülki əhaliyə yardım edəcək mexanizmlərin ən geci üç gün ərzində qurulacağını bildirən rəsmilər, bu müddət ərzində “çətin şəraitə hazır olmaq” lazım olduğunu vurğulayıblar.
Ən Zəruri Ehtiyac: Su
Ancaq bütün digər məhsullardan daha əhəmiyyətli bir element var. Mütəxəssislərin fikrincə, üç günlük müddət ərzində su ən fundamental ehtiyacdır.
Gündə üç-dörd litr su içmək tövsiyə olunur, bu səbəbdən şüşələnmiş su ilə birlikdə bir filtrin də fövqəladə çantada yer alması əhəmiyyət kəsb edir.
Qida baxımından isə, uzun müddət qala bilən konservlər və enerji barları məsləhət görülür; sadə bir konserve açacağını da yaddan çıxarmamaq lazımdır.
Enerji Təminatının Kəsilməsi Riski
Müharibə zamanı kritik enerji infrastrukturunun zədələnə biləcəyi və bunun nəticəsində elektrikin kəsiləcəyi xüsusi olaraq vurğulanıb.
Mobil telefonlar həyati vacib məlumatlara çıxışı təmin etdiyi üçün portativ şarj cihazlarının və onları enerji ilə təmin edəcək qurğuların əhəmiyyəti xatırladılıb.
Enerji saxlama vasitələri, hətta sağ qalma üçün nəzərdə tutulmuş çantaya sığa biləcək ölçüdə kiçik bir günəş panelinin də alınması tövsiyələr sırasındadır.
İlk Yardım və Gigiyena Ləvazimatları
İlk yardım dəsti müntəzəm istifadə olunan dərmanlar, yara sarğıları, dezinfeksiyaedici vasitələr və hətta təcili yardım örtüyü ilə tamamlanmalıdır.
Mütəxəssislərin əlavə etdiyi digər vacib elementlər arasında nağd pul, səyahət sənədlərinin surətləri və şəxsi gigiyena ləvazimatları var.
Rəqəmsal ödəmə sistemlərinin işləmədiyi bir mühitdə əskinasların həyati əhəmiyyət kəsb etdiyi xəbərdarlığa əlavə edilib.
Psixoloji Dayanıqlılıq və İstirahət
Soyuqdan qorunmaq üçün geyimlər və yorğanlar zəruridir; eyni zamanda uşaqlar və ya ev heyvanları üçün də əlavə ləvazimat daşınmalıdır.
Lahbib müharibə şəraitində əhval-ruhiyyənin nə qədər dəyərli olduğunu vurğulayaraq, bir kart oyunu kimi sadə əyləncələrin belə psixoloji dayanıqlılıq təmin edə biləcəyini qeyd edib. Müharibənin təsirlərini azaltmaq üçün bu kimi kiçik detallar vacibdir.
Rəsmilər belə bir dəstin inşallah heç vaxt istifadə olunmayacağını, lakin gözlənilməz bir vəziyyətdə hazırlıqlı olmağın həyat xilas edə biləcəyini bildirirlər.
Leave a Reply to Əli Quliyev Cancel reply